Uşağın tərbiyəsi
Tərbiyə (ər. ٌتَرْبِيَة — tərbiyat) — əqli qabiliyyətləri, fiziki və psixi sağlamlığı, mənəvi, əxlaqi və estetik dəyərləri harmonik şəkildə inkişaf edən uşağın şəxsiyyətinin formalaşmasına yönəlik tədbirlər kompleksidir. Ərəb sözü “tərbiyat” “rubuvv” sözündən törəmədir, "fiziki böyümə", "inkişaf" deməkdir və rabba (رَبَّى) - "tərbiyə etmək", "böyütmək" feilindən əmələ gəlir. [1]
Fiziki tərbiyə mənasında rubuvv kökündən yaranan törəmələrə Quranda iki yerdə rast gəlinir:
1) Uca Allahın uşaqlara vacib buyurduğu valideynlərə görə duada:
Onların hər ikisinə rəhm edərək təvazökarlıq qanadının altına al və: 'Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib böyütdükləri kimi, Sən də onlara rəhm et!'– de. [17:24]
;
2) Fironun (Fir'avn) Musa peyğəmbərə
müraciətindəki sözlərdə:
(Firon) dedi: 'Biz səni körpə ikən (götürüb saxlayıb) boya-başa çatdırmadıqmı? Sən ömrünün bəzi illərini bizimlə yaşamadınmı? [26:18]
.
İslamda uşaqların tərbiyəsinin əhəmiyyəti
Böyüyən nəslin tərbiyəsi valideynlər və cəmiyyət qarşısında duran ən mürəkkəb məsələlərdən biridir. Bu vacib işdə əldə olunacaq müvəffəqiyyətdən millətin və dövlətin gələcəyi asılıdır. Buna görə də İslam uşaqların tərbiyəsinə çox böyük diqqət ayırır. İslamda valideynlər qarşısında böyüyən nəslin tərbiyəsində nail olunmalı müəyyən məqsədlər qoyulur, bu yolda mərhələli və ardıcıl addımlar göstərilir, tərbiyəçilərin bilik almalı olduqları mənbələr qeyd olunur, həmçinin uşaqların tərbiyəsi prinsipləri və metodları sadalanır.
İslam tərbiyəsinin bu aspektləri haqqında bilmək və belə tərbiyənin normalarına riayət etmək bir çox hallarda bu kimi çox əhəmiyyətli prosesdə müvəffəqiyyət əldə edilməsinə zəmanət verir. Qeyd etmək lazımdır ki, insanın düzgün tərbiyəsi yalnız valideynlərindən deyil, həm də bütün cəmiyyətdən asılıdır: uşağın qohumlarından, yaşadığı yerdə qonşularından, uşaq bağçasında tərbiyəçilərindən, məktəbdə müəllimlərindən tutmuş istənilən halda uşağın ünsiyyət saxlaya və ya nümunə götürə biləcəyi cəmiyyətin hər bir üzvünə qədər. İslamda əsas məqsəd və məsələlər vurğulanır ki, onları islam böyüyən nəslin tərbiyəsində valideynlər qarşısında qoyur, hərçənd ki, cavan insanların tərbiyəsinə valideynlərin töhfəsinin qorunub saxlanması və təkmilləşməsinə görə cəmiyyət də az məsuliyyət daşımır.
Uşaqların tərbiyəsinə görə valideynlərin məsuliyyəti
Uşaqların tərbiyəsi məsələsində başlıca rolu Uca Allah valideynlərin üzərinə qoymuşdur. Quranda deyilir:
Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun! Onun başı üstündə Allahın onlara verdiyi əmrlərə (heç vaxt) asi olmayan, özlərinə buyurulanları yerinə yetirən amansız və güclü mələklər vardır. [66:6]
Bu ayətin izahında İbn Kəsir əd-Dəhhakın sözlərini gətirir: "Hər bir müsəlman öz ailə üzvlərini və tabeliyində olanları öyrətməyə borcludur ki, nələri Allah vəzifə olaraq buyurmuş, nələrə isə qadağa qoymuşdur". Uşaqlarının dini təlimi və əxlaqı üçün narahat olmayan valideynlər günahkar hesab edilirlər. Dini vəzifələrin və mənəvi-etik normaların böyüyən nəslə öyrədilməsi məsələsinə göstərilən etinasızlıq Uca Allahın valideynlər üzərinə qoyduğu birbaşa vəzifələrin onlar tərəfindən yerinə yetirilməməsidir. Məhəmməd Peyğəmbər ﷺ valideynlərin öz uşaqlarına görə məsuliyyət daşımasını qeyd edərək, demişdi: "Sizin hər biriniz bir himayədarsınız və hər biriniz də öz əlinin altındakılara cavabdehsiniz. Əmir də bir himayədardır. Kişi öz ailə üzvlərinin idarəçisidir. Qadın isə ərinin evi və övladları üzərində bir nəzarətçidir. Bir sözlə, sizin hər biriniz bir himayədarsınız və hər biriniz də öz əlinin altındakılara cavabdehsiniz" . Peyğəmbərin ﷺ digər kəlamında deyilir: " Əgər Allah tərəfindən qəyyumluq hüququ verilən bir insan qəyyumu olduğu adama qarşı qeyri-səmimi olaraq ölsə, o zaman Allah ona Cənnəti qadağan edəcək"[2][3]. Bir çox hədis mövcuddur ki, onlarda Peyğəmbər ﷺ gələcək ərləri özlərinə ən yaxşı zövcələr seçməyə çağırır, çünki uşağın tərbiyəsində çox şey anadan asılıdır[4].
İndiki dövrdə qəbahətli nəfslərin, əxlaqsızlığa və cinsi pozğunluğa çağırışların bolluğu müşahidə olunur ki, bu da uşağın tərbiyəsi məsələsini xeyli çətinləşdirir və valideynlərdən öz övladının əxlaqi saflığının qorunub saxlanmasına və qüsurlardan hərtərəfli müdafiə edilməsinə yönəlik böyük səylər tələb edir. Öz uşaqlarının tərbiyəsinə səhlənkar yanaşan və onlara lazımi diqqəti yetirməyən kəslər öz uşaqlarına qarşı cinayət törətmiş olurlar. Uşaqlarda həqiqi imanın qorunub saxlanmasında valideynlərin rolu haqqında növbəti hədisdə deyilir: "Hər bir körpə öz təbii vəziyyətində (fitrə) doğulur, onun valideynləri isə onu yəhudi, xaçpərəst və ya atəşpərəst edirlər"[2][3]. Bu hədisdən belə çıxır ki, Vahid Allaha inam (fitra) hər bir uşağın anadangəlmə xüsusiyyətidir, amma sonra valideynlər bu inama öz düzəlişlərini edirlər və uşaqlar imanına görə bir-birindən fərqlənməyə başlayır — bəziləri müsəlman qalır, ikincilər yəhudi olur, üçüncülər — xaçpərəst, dördüncülər — atəşpərəst və s. Məhəmməd Peyğəmbər ﷺ valideynləri bu ilahi verginin – Vahid Allaha inamın qoruyub saxlanmasına çağırır ki, bu da Onun bütün peyğəmbərlərinin, Kitablarının, imanın və İslamın qalan sütunlarının tanınmasına gətirib çıxaracaq. Əgər uşaqların Tövhid ruhunda tərbiyələndirilməsi, onlara xeyirxahlıq və möminlik keyfiyyətlərinin aşılanması valideynlərin bütün övladlarına aid vəzifəsidirsə, qızlara qayğı göstərmək onların ən əhəmiyyətli vəzifəsi hesab edilir. Peyğəmbər ﷺ demişdir: "O kəs ki, üç qızı tərbiyə edər, onlara mərhəmətli olar, onları təmin edər və ərə verər, ona Cənnət zəmanət verilir". Ondan soruşmuşlar: " Bəs əgər iki qızı olarsa?". O cavab vermişdir: " Hətta iki qızı olarsa belə" [5].
Qızların sevilmədiyi islamaqədərki dövrdən fərqli olaraq, İslamda qızların tərbiyəsinə qayğıkeş münasibət qızların özünə münasibətin mühüm dərəcədə dəyişməsini göstərir. Bütün dövrlərin peyğəmbərləri və möminləri öz uşaqlarının möminliyinin qayğısına qalırdılar. Bu, öz uşaqlarıyla münasibətlərində onların əsas məqsədi idi. İbrahim (Avraam) peyğəmbər Rəbdən övlad diləyəndə, ona mömin uşaq verməyini Ondan xahiş etdi və Rəbb onun diləyinə cavab verdi. Quranda deyilir: [37:100-101].
«O dedi: 'Ey Rəbbim! Mənə əməlisalehlərdən olan (övlad) bəxş et!'. Biz də onu həlim xasiyyətli bir oğlan uşağı ilə müjdələdik. [37:100-101]
Uca Allah Quranda Allah qorxusu olan insanların əlamətlərini təsvir edərkən, onların diləyini yada saldı:.
Onlar deyərlər: 'Ey Rəbbimiz! Bizə gözümüzün aydınlığı olan zövcələr və övladlar bəxş et və bizi müttəqilərə imam et!'. [25:74]
. Əgər valideynlər öz uşağının tərbiyəsinə lazımi diqqəti ayırıb, onun ruhunun, ağlının və bədəninin inkişafı üçün zəruri şəraiti yaratsalar, o uşaq valideynlərinin gözlərini sevindirər. Uşağın mənəvi, əqli və fiziki inkişafı ahəngdar keçməli, uşağın potensialı reallaşdırılmalı və onun bütün təbii qabiliyyətləri təkmilləşdirilməlidir. İslam tərbiyəsi böyüyən nəslin qanuna tabe olan və xeyirxah vətəndaşlar, müxtəlif çətinlikləri və həyatın sınaqlarını dəf etməyi bacaran hərtərəfli inkişaf etmiş və mömin şəxsiyyətlər olaraq cəmiyyətdə tam dolğun həyata hazır olmağını nəzərdə tutur.
İslamda uşaqların tərbiyəsinin məqsədləri
Əgər söhbət islam tərbiyəsinin əsas məqsədlərindən gedirsə, onları növbəti sırada ifadə etmək olar:
- Uşağı öz diniylə tanış etmə. Tədricən, onun yaşını nəzərə alaraq, onun Rəbb haqqında biliklərini artırmaq, Allaha və dini nöqteyi-nəzərlərə inamını möhkəmləndirmək lazımdır. Bununla gənc müsəlmanın öz diniylə bağlılığı yaranacaq və ona Uca Allaha və islam dəyərlərinə qarşı məhəbbət hissi aşılanmış olacaq.
- Uşağa öz dininin və icmasının (ümmətinin) tarixini öyrətmə. Biləndə ki, Məhəmməd Peyğəmbər ﷺ dünyalar üçün yalnız mərhəmət kimi göndərilmişdi və İslam bəşəriyyətə böyük xeyir gətirmişdir, gənc müsəlmanın öz dininə, vətəninə və bütün bəşəriyyətə xeyir vermək arzusu yaranacaq.
- Cəmiyyətin və ətraf mühitin həyatında insanın rolunu izah etmə. Uşaq tədricən Yer üzündə öz missiyasını bilməli, müsəlman, cəmiyyətin üzvü və öz ölkəsinin vətəndaşı kimi öz hüquq və vəzifələri haqqında öyrənməlidir.
- Gənc müsəlman mənəvi və maddi dəyərlər arasında tarazlığı gözləməyi öyrənməlidir. Onun daxilində Allaha ümid və məqsədyönlülük bir-birini ahənglə tamamlamalıdır. Dünyəvi işlərində onun müvəffəqiyyət əldə etmək cəhdləri dürüstlüyə və əxlaqa əsaslanmalıdır. Elmlənməyə və yeni kəşflərə həvəsi məsuliyyətə və qanuna tabeliyə söykənməlidir.
- Yüksək əxlaqlılıq gənc yaşlarından onun şəxsiyyətini xarakterizə etməlidir, mərhəmət və xeyirxahlıq gənc müsəlmanın vizit kartı olmalıdır, onun xasiyyəti və mənəvi keyfiyyətləri isə onun möminliyini və insanlarla münasibətlərini bəzəməlidir.
- Tam dolğun islam tərbiyəsi faydalı tərbiyənin bütün sahələrini nəzərdə tutmalıdır. Valideynlər təkcə uşağın effektiv dini və əxlaqi tərbiyəsinə tutumlu töhfə verməli deyil, onun intellektual, fiziki, psixoloji, sosial, estetik və cinsi tərbiyəsinə ayırdıqları diqqət də az olmamalıdır.
Öz övladlarının islami tərbiyəsində qoyulan məqsədə nail olan valideynlər Uca Allahın böyük mükafatına və cəmiyyətin minnətdarlığına layiq görüləcəklər. Çox əhəmiyyətli bu missiyanın icrasında uğur əldə etmə, ilk növbədə, ata və ana üçün bir çox nemətlərin mənbəyi olacaq. Valideynlər qocalanda, dürüst övladlar nlarınhər tərəfli diqqətlə əhatə edəcəklər. Uşaqlar, valideynləri həyatda ikən və ölümündən sonra, Müqəddəs Quran öyrətdiyi sözlərlə onlar üçün dua edəcəklər: Ya Rəbb! Onları əfv et, axı onlar məni uşaqlıqdan böyüdürdülər
'Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib böyütdükləri kimi, Sən də onlara rəhm et!' [17:24]
. Dürüst övladların xeyirli işləri valideynlərə hətta onların ölümündən sonra belə xeyir verir. Məhəmməd Peyğəmbər ﷺ demişdir: " İnsan öləndə, onun bütün işləri dayanır, üç işindən başqa: insanlara xeyir gətirməkdə davam edən xeyriyyəçiliyindən, onun ölümündən sonra izlənilən biliklərindən və onun üçün dua edən mömin övladından"[3].
İslamda uşaqların hüquqları
Bəzi tədqiqatçılar valideynlərin öz uşaqları qarşısında vəzifələrini aşağıdakı bəndlərdə cəmləşdirirlər:
- Yaşamaq hüququ. Valideynlər öz uşaqlarının həyatını onların əlindən almaq hüququna malik deyillər, o cümlədən abort vasitəsilə.
- Ailəyə hüququ. Bu uşağın emosional sağlamlığının və intellektual inkişafının çox vacib aspektidir. Valideynlər öz uşağından imtina edə və ya öz adını ona verməməyə bilməzlər.
- Yaxşı mənalı ad daşımaq hüquqü. Adının mənası şüuraltı olaraq insanın xasiyyətinə təsir edir, buna görə də o, pis olmamalıdır.
- Təminat hüququ. Valideynlər uşaqların həyat əhəmiyyətli bütün ehtiyaclarını, həmçinin başının üstündə damını, yeməyini və geyimini təmin etməyə borcludurlar.
- Akademik və dini təhsil almaq hüququ[6].
Uşaqların tərbiyəsinin zamanı və üsulu haqqında müsəlman pedaqoqlarının tövsiyələri
İslam üzrə müəllim Qulfiya Kirasirova fikir söylədi ki, uşağı artıq ana bətnində olarkən tərbiyə etmək lazımdır, çünki körpə anasının hər halını hiss edir. O, diqqəti ona çəkdi ki, uşaqların tərbiyəsində həmçinin düzgün niyyət əhəmiyyətli rol oynayır. Öz uşaqlarımızla hökmən səmimi və yalnız Allah naminə məşğul olmalıyıq.
İslamda uşaqların tərbiyəsi üsulu
Pedaqoq Qulsem Bibarsova tərbiyəçilərə məsləhət görür:
- Uşağa hörmət etməli. Ona sərbəst şəxsiyyət kimi baxmalı. O, bizim əşyamız deyil. Uşaq bizə etibar edilmiş, cavabdeh olduğumuz əmanətdir.
- Ona nəzakətli və yumşaq münasibət bəsləməli, onunla kobud və sərt olmamalı.
- Hətta erkən yaşlarından belə uşağa ailə vəzifələrini həvalə etməli. Bu yolla uşaq əməyə tədricən alışır və başqa insanların əməyinə hörmət etməyə başlayır.
- Uşaqla ev işlərini müzakirə etmək vacibdir ki, o özünü ailənin dəyərli bir üzvü hiss etsin və s. [7]
Qeyd etmək vacibdir ki, İslama əsasən, uşaqları yeddi yaşından dua (salət, namaz) etməyə öyrətmək lazımdır, əgər oğul və ya qız on yaşına çatdıqdan sonra namaz qılmaq istəmirlərsə, onlara qarşı bir qədər güc tətbiq etməyə icazə verilir. Müsəlman tədqiqatçıları vurğulayırlar ki, uşaqlara yeddi yaşında namaz qılmağı öyrətmək, şəriətə görə, atanın vəzifələrindən biridir. Məhəmməd Peyğəmbər ﷺ demişdir: "Uşaqlarınızın yeddi yaşı olanda, onlardan namaz qılmağı tələb edin, və onların on yaşı olanda, onları ona görə (yəni onu yerinə yetirməməklərinə görə) döyün"[5][8]. İslamda Allaha ibadətdə digər bacarıqlara yiyələnməklə müqayisədə namazın öyrədilməsinə ən uzun müddət ayrılır: yeddi yaşından on yaşınadək uşağı namaza öyrədirlər, alışdırırlar və həvəsləndirirlər, daha sonra, on yaşından şəriət məsuliyyəti yaşına dolanadək, yəni həddi-buluğa çatana qədər - sözə baxmadığı halda cəza tətbiq edirlər [9]. Ancaq onu da unutmaq lazım deyil ki, tərbiyə zamanı bir qədər gücün tətbiq edilməsi qəti tədbirdir və ona yalnız xüsusi hallarda əl atırlar, o da böyük ehtiyac yarandıqda. Xüsusən də, Peyğəmbər ﷺ özü uşaqlarına və ya şagirdlərinə qarşı heç zaman fiziki güc tətbiq etmirdi.
Uşaqları tərbiyə etmə dövrləri və onların xüsusiyyətləri
Tədqiqatçı Fatimə Makki uşaqların tərbiyəsini üç dövrə bölür:
- Birinci dövr
Həyatının ilk yeddi ili ərzində uşağın fiziki inkişafı baş verir, ona görə də ona fiziki fəallığın müxtəlif növləriylə və idmanla məşğul olmağa icazə verilməlidir. Peyğəmbərdən ﷺ gələn hədisdə belə idman növləri sadalanır: üzgüçülük, atçapma və oxatma. Valideynlər öz uşaqlarının fiziki fəallığını məhdudlaşdırmalı deyil. Hətta onlar uşaqları zərər çəkə bilər deyə qorxurlarsa belə, onların hərəkətlərinə mane olmadan, yalnız kənar müşahidəçi olmalıdırlar. Bundan başqa, valideynlər uşağın fiziki və əqli qabiliyyətlərinə diqqət yetirməlidirlər. Onun kiçik əlləri, kiçik ayaqları, hələ inkişaf etməkdə olan şüuru — bütün bunlara güzəşt etmək lazımdır. Məsələn, uşaq özünə yemək hazırlaya və ya xəstə olarkən öz qayğısına qala bilmir. Bu halda valideynlər səbir və mərhəmət göstərməli və nəinki onun köməyinə gəlməli, hətta bunu böyük sevgi və qayğıyla etməlidirlər.
Uşaqlara ağlamağı qadağan etmək lazım deyil, axı onlar üçün bu, öz hisslərini göstərmək vasitələrindən biridir. Fizioloqların qeyd etdiyi kimi, uşaq beləliklə stresin öhdəsindən gəlir, onun ağciyərləri isə inkişaf edir. Ağlamaq valideynləri nə qədər qıcıqlandırsa da, uşaqlar üçün bu, sağlam fizioloji haldır. Valideynlər uşaqlara erkən təlim vasitəsilə səliqə-səhmana sevgi və əxlaqlılıq aşılamalıdırlar. Cəzalandırma və təqdiretmə sistemini qurmaq lazımdır ki, uşaq anlaya bilsin: pis əməl cəzalandırılacaq, yaxşısı isə təqdir ediləcək. Vacibdir ki, uşağın yol verdiyi səhvlər qəzəblə deyil, müdrikliklə və səbirlə qarşılanmasın. Nəticə etibarilə, uşaq hələ tam anlamır, nə yaxşıdır, nə isə pis.
- İkinci dövr
Bu dövr onunla əlamətdardır ki, uşağın nizam-intizamına və təhsilinə böyük diqqət ayırmaq lazımdır. O artıq fiziki və əqli inkişafı aldı, odur ki, özünü göstərməyi bacarır və bilir ki, onun hər hərəkəti müəyyən nəticələrə səbəb olur. Həddən artıq vacibdir ki, bu mərhələdə uşaqla münasibətlər anlaşma əsasında qurulsun, valideynlər onunla dialoqa girsinlər. Həmçinin vacibdir ki, onlar nüfuzlarını qoruyub saxlasınlar. Uşaq qavramalıdır ki, müəyyən bir qayda və məhdudiyyət toplusu mövcuddur və onlara riayət etmək lazımdır, elə sərhədlər var ki, o, onları keçməməlidir. Əgər uşaq səhv edirsə, valideynləri onunla sakitcə danışmalıdır. Uşağın səhvlərinə və pis hərəkətlərinə valideynlərin reaksiyası onu qorxutmamalı və ya şüurunu zədələməməlidirl. Bu dövr ərzində valideynlər uşaqlarına tapşırıq verə bilərlər ki, onlara məsuliyyət hissi aşılasınlar. Ancaq diqqətli olmaq və gözləmək lazımdır ki, uşaq bu tapşırıqların öhdəsindən gələ bilsin və onlar uşağın bacarıqlarına uyğun olsun.
Ən əhəmiyyətlisi uşaqların dini istiqamətdə tərbiyə almasıdır. Müsəlmanların əksəriyyəti güman edirlər ki, dini tərbiyə yalnız Quranın və müsəlman hüququnun (fikxin) tədrisindən ibarətdir, və unudurlar ki, dini təlimin məqsədi namaz qılmağı və oruc tutmağı daxil edən dini öhdəlikləri icra etmək vərdişinin aşılanmasıdır. Uşaq imanın dərinliklərinə nüfuz etməlidir ki, İslamla onun emosional əlaqəsi yaransın. İlk növbədə valideynlər öz uşağında həyat prinsipləri və dəyərlər haqqında təsəvvür yaradırlar. Əgər onun xasiyyətində arzuolunmayan vərdişlər və mənəvi oriyentirlər əmələ gələrsə, o nümunəvi müsəlman olmayacaq. Dördüncü Mömin xəlifə Əli ibn Əbu Talibin (да будет доволен им Аллах) sözləri gətirilir: "Gili yöndəmə salın, hələ ki o yumşaqdır, və toxumları əkin, hələ ki onlar cücərə bilir". Əl-Qəzəli isə yazmışdır: "Sən bil ki, uşaq valideynlərə əmanət verilir. Onun saf ürəyi qiymətli mirvaridir və onun üzərində biz hansı naxışı döysək, o onun da şəklini alacaq {Ссылка|url=http://islamdag.ru/vse-ob-islame/26361%7Ctitle=Воспитание детей в семье|site=IslamDag.ru|info=Ислам в Дагестане|дата=20.09.2016|автор=Магомедова, Ш.}}.
- Üçüncü mərhələ
Uşağın 14 yaşı tamam olanda, valideynlər anlamalıdır ki, indi o, son yeddi il ərzində olduğu kimi sözəbaxan və güzəştə gedən deyil. Gənc oğlanlar və qızlar adətən müstəqil, həddən artıq həssas və bəzən üsyankarlığa meylli olurlar. Artıq təqdiretmə və cəzalandırma sistemi tətbiq edilə bilməz. Tərbiyəvi rolu oynamaqdan əlavə, valideynlər öz övladının dostu olmalıdır. Valideynlərin sözləri və hərəkətləri avtoritar üslubdan uzaq olmalıdır. Uşağa digər tərəfdən baxmaq lazımdır. Etibarlı dostluq münasibətləri qurmaq üçün əsas məqam yeni ideyaların qəbuludur. Yeniyetmələrin fikri valideynlər tərəfindən istehza və inkarla deyil, hörmətlə qarşılanmalıdır. Belə yanaşma sayəsində yeniyetmə problemlərin həlli zamanı və ya qərar qəbul etdikdə öz gücünə inana biləcək[6].
Qeydlər
- ↑ تَربية // Almaany.com. (ар.)
- ↑ 2,0 2,1 al-Buhari as-Sahih.
- ↑ 3,0 3,1 3,2 Муслим ас-Сахих.
- ↑ Абдул-Мути, 2010, с. 19.
- ↑ 5,0 5,1 Ахмад Муснад.
- ↑ 6,0 6,1 Фатема Макки Воспитание детей в Исламе или три периода взросления // Ansar.ru.
- ↑ Когда начинать воспитание ребенка? Ответ искали мусульманки Пензенской области // Ansar.ru.
- ↑ Абу Дауд Сунан.
- ↑ Как приучить наших детей к намазу? // Islam.uz.
Ədəbiyyat
- İstifadə edilən ədəbiyyat
- Абдул-Мути, Абдулла М. Воспитание в Исламе. Наши дети. Практическое руководство. — Шаблон:СПб. : Диля, 2010. — 384 с.
- Дополнительная литература
- Encyclopaedia of the Qurʾān. — Leiden : E. J. Brill, 2001—2006.
- Integrated Encyclopedia of the Qurʾān. — Sherwood Park: CIS, 2013—2017.
Məqalə haqqında məlumat
- Müəllif: д-р ислам. наук Гасанов, М. Ш.; E-mail: feedback@quranacademy.org.
- Biblioqrafik istinad: Uşağın tərbiyəsi [Elektron resurs] // QuranAcademy.org: Quran Akademiyası. 2016—2018 il.
- URL: http://az.quranacademy.org/encyclopedia/article/Vospitanie-rebenka
- İlk dərc edilməsi tarixi: 5 июля 2017 il.
Ссылки: Цитаты / Просмотр (адм) / Википедия / Brill: EQ Мета-теги: / Google / Яндекс : |
- Страницы с неработающими файловыми ссылками
- Статьи без ссылки на Википедию
- Статьи средней важности
- Статьи IV уровня
- Статьи по алфавиту
- Непроверенные статьи:Русский язык
- Непроверенные статьи:Каноническая проверка
- Оригинальные статьи:MaxAK
- Оригинальные статьи по алфавиту
- Опубликованные статьи
- Обновлённые статьи
- Дети