Namaz
| ərəbcə | ||
| kategoriya | namaz, ibadət | |
| əlavə baxın | dua | |
| Quranda 2:3, 43, 45, 83, 110, 153, 177, 238, 277; 4:43, 77, 101, 102, 103, 142, 162; 5:6 …
Namaz İslamın beş vacib sütunundan biridir. [1] Namaz qılmaqla müsəlmanlar Rəbbə itaətini və minnətdarlığını ifadə edirlər. Vaxtdan, şəraitdən, hadisələrdən və dua edənin ehtiyaclarından asılı olaraq qılınan namazın müxtəlif növləri mövcuddur. Namaz qılan müsəlmanlar Allahın buyuruqlarından çıxış edirlər ki, insan, ona buraxılmış vaxtı bütün varlığı ilə Rəbbə ibadət edərək namaz qılmaqa sərf etsin. [2] İslam dininə əsasən, namaz insanı alçaq hərəkətlərdən və qəbahətdən qoruyur [29:45], o, möminlərin nurudur və qulun öz Rəbbi ilə ünsiyyət yaratması üçün vasitə kimi xidmət edir [2:153]. Quranda Rəbb namaz qılan insanları uğur qazanmışlar adlandırmışdır [87:15]. Quranın bir çox ayətlərində möminlərin keyfiyyətləri arasında Rəbb onların namaz qılmaqlarını qeyd edir ki, onlar bu işi düz-dürüst, məcburi və arzuolunan ayin buyuruqlarına uyğun tərzdə yerinə yetirirlər [3]. Yer üzündə yaşayarkən və öləndən sonra dua edənləri gözləyən maddi və mənəvi mükafatlandırma barədə şad xəbər onların namaz qılması üçün bir növ motivasiya kimi xidmət edir [4] Namaz tarixi rakursdaQurana əsasən, namaz haqqında ilk qeyd namaz qılacaq xələflərini tövhid tərəfdarları etməyi, özünü və törəmələrini bu ibadət ayinini yerinə yetirənlər sırasına daxil etməyi Allahdan diləyən İbrahim (Avraam) peyğəmbərlə Quranda bildirilir ki, Rəbb İbrahimə Şuayb Peyğəmbər (İofor)
İsraillilərin vəziyyəti həddən artıq ağırlaşanda, Fir'avn və misir əyanları isə onları dindən döndərməyə cəhdlər edəndə, Rəbb Musa Vəsiyyətlərdən biri olan namaz haqqında qeydə İsa peyğəmbərin körpəlik dövründə çox gözəl nitqində rast gəlinir.
Həmçinin Quranda Rəbbin Məhəmməd peyğəmbərə ﷺ öz ailəsini namaz qılmaqa çağırmağı əmr etməsini əks etdirən vəhy mövcuddur [20:132]. Namaz qılmaq əmri ailə şəraitiylə bağlı hadisədən sonra Allahın Məhəmməd peyğəmbərin ﷺ zövcələrinə yönəltdiyi hökmündə də yer almışdır [33:33].
Namaz qılmağın şərtləriİslam dininə əsasən, namaz qılmaq aşağıdakı şərtlərə riayət olunmasını nəzəedə tutur:
Namazdan əvvəl dəstəmaz alınmalıdır. Müqəddəs Quranda dəstəmaz almanın vacib tələbləri yazılmışdır:
Bundan sonra əllər yuyularaq qulaqların iç və bayır tərəfləri silinir, hənəfi məzhəbinə görə isə əlavə olaraq əllərin üst (arxa) tərəfiylə boyun silinir. Əgər insan xəstədir və ya səyahətdədirsə, ayaqyolundan gəldikdən və ya qadınla yaxınlıq etdikdən sonra su tapmamışdırsa, o zaman o, təyəmmüm edə bilər.
Əgər insan xəstədir və ya səyahətdədirsə, ayaqyolundan gəldikdən və ya qadınla yaxınlıq etdikdən sonra su tapmamışdırsa, o zaman, o təyəmmüm edə bilər. [12]. Namazın vacibliyiNamazın vacibiliyi Məhəmməd peyğəmbərin ﷺ səmaya qalxdığı zaman (mirac) Allahdan alıdığı əmrdən irəli gəlir [13][14]. Mütləq namaz qılmaq zərurəti həmçinin Quran vəhylərindən irəli gəlir ki, onlarda dua etmək buyurulur və onlar duaetmə vaxtlarının göstərildiyi mənbə kimi xidmət edirlər [15]. Bu göstərişlərə əsasən, müsəlmanlara gündə beş dəfə namaz qılmaqa vacib buyurulur:
Vacib namazlar kateqoriyasına cümə namazı aiddir. Cümə namazı yalnız kişilər üçün vacibdir. Onun icra vaxtı günorta duasının (Zühr) vaxtıdır. Yalnız məscidlərdə və xüsusilə namaz duası üçün ayrılmış yerlərdə icra olunur[16]. İslam dininə əsasən, gündəlik beş vacib namazın müntəzəm olaraq qılınması, insanı Rəbbə yaxınlaşdırmaqdan əlavə, onun mükafatlanacağını təmin edir və yol verdiyi kiçik günahlarını yuyur.
Namazın vaxtı, diqqətcil münasibət və xuşuQuranın buyuruqlarına əməl edərək müsəlmanlar bütün namazları, xüsusilə günortadan sonrakı namazı düz-dürüst qılmağa borcludurlar: Namaz qılanlar namazlarını vaxtında qılmadığı [17], ona səhlənkar yanaşdığı halda öz namazları batil edirlər. Səbəb Allahın əmrlərinə onların diqqətsizliyidir [107:4-5]. İnsanı namazdan döndərməkdə onu hər vəclə dua etməkdən yayındırmağa çalışan İblisin yoldan çıxaran əməlləri əhəmiyyətli rol oynayır [5:91]. Namaz qılmayanları sərt cəza gözləyir [18]. Müşriklərə gəlincə isə, əgər onlar tövbə edib lazımi qaydada namaz qılmağa başlayıblarsa, onlar qalan müsəlmanlarla eyni hüquqlar əldə edirlər [19]. Namaz qılınan zaman orta tembrlə Quran ayətlərinin oxunması tövsiyə olunan hesab edilir. Qışqırmaq və ya pıçıltıyla namaz qılmaq olmaz, çünki bu iki hərəkətin hər biri qəbahətdir. Bu iki ifrat dərəcələrin ortasından keçən orta yolu tutmaq lazımdır [17:110]. Namazın yekununda Rəbb istənilən vəziyyətdə Onu yad etməyi buyurur [4:103].
Əlavə namazlarMüsəlmanların dini təcrübəsində, vacib namazılardan başqa, əlavə, sünnət namazları da qılınır. Bunlara vacib namazlardan əvvəl və sonra edilən namazlar aiddir ki, onların müsəlman hüququ (fikx) ilə tənzimlənmiş öz qaydası mövcuddur.
Bütün vacib və əlavə namazların qaydası və məzmunu fikxlə tənzimlənir. Müəyyən hadisə ilə bağlı qılınan namazlar
Təhlükə vəziyyəti yarandıqda qılınan namaz və onun qısaldılmasıSəfərdə olarkən və təhlükə zamanı müsəlmanlara namazları qısaltmağa icazə verilir [4:101]. Əgər insan düşmənlərdən, vəhşi heyvanlardan və ya yaranmış şəraitin ona zərər verə biləcəyindən ehtiyat edirsə, ona hərəkətdə olarkən və ya atın belində namaz qılmağa icazə verilir. O atın, dəvənin belində və ya istənilən başqa nəqliyyat vasitəsində namaz qıla bilər, özü də üzünü Kəəbəyə tərəf çevirməsi vacib deyil. Bu cür ibadət etməyə yalnız təhlükə zamanı icazə verilir [2:239]. Əgər müsəlmanlar təhlükə zamanı namaz qılmağa hazırlaşırlarsa, o zaman namazı idarə edən imam və qalan bütün namaz qılanlar namazın vacib göstərişlərini yerinə yetirməlidirlər. Hətta müsəlmanlar düşmənin hücumundan ehtiyat etdiyi şəraitdə belə Uca Allah qrup şəklində namaz qılmağı buyurmuşdur [4:102]. Məscidə gələn həqiqi möminlər və müsəlmanların qibləsiİslamda çox məsləhət görülən hərəkət namazı məsciddə qılınmasidir. Məscid həmçinin müsəlmanların namaza çağırıldığı yer kimi xidmət edir. Namaza çağırışı (azanı) eşidəndə, imansızlar namazı ələ salmağa başlayır və onu əyləncə adlandırırlar [5:58]. Qurana əsasən, məscidlərə gələn həqiqi möminlər ancaq o möminlər ola bilər ki, Vahid Allaha və Qiyamət gününə inansınlar, ruhu və canı ilə vacib və əlavə namazları qılsınlar, zəkatı ödənilməli kəslərə ödəsinlər və yalnız Allah qarşısında qorxu hiss edib qadağan edilmiş hər şeydən özlərini saxlasınlar və öz vəzifələrinin icrası zamanı səhvlərə yol verməsinlər [22]. Namaz qılan zaman müsəlmanlar Məkkə şəhərindəki Hörmətli məsciddə (Məscidül-Həram) yerləşən və bütün müsəlmanların namaz qıldıqları və digər bəzi ibadət ayinlərini icra etdikləri zaman üzlərini tutduqları Kəəbəyə tərəf dayanırlar. İslamın yayıldığı ilk illərdə müqəddəs Qüds (Yerusəlim) şəhəri qiblə idi. Bəzi mənbələrə əsasən, qiblənin Qüdsdən Məkkəyə dəyişməsi hicrətdən on yeddi ay sonra, hicri təqvimlə 2-ci ilin Şaban ayında baş verdi. Bəzi Quran izahçılarının fikirinə əsasən, əvvəlcə Rəbb müsəlmanlara namaz vaxtı üzlərini Yerusəlimə tərəf tutmağı buyurmuşdu ki, onları sınağa çəksin və onlardan Məhəmməd peyğəmbərə ﷺ inanan və istənilən şəraitdə onun ardınca getməyə hazır olan kəsləri müəyyən etsin [2:142-144][6]. Münafiqlər və namazMünafiqlərin keyfiyyətlərindən biri namazı həvəssiz qılmalarıdır. Münafiqlər namaza həvəssiz qalxırlar və namazı qılmalı olduqlarından narazı olurlar [4:142]. Namaz qılmağa hazırlaşanda onlar ona qalxmağa tənbəllik edirlər. Namaz onlara o qədər ağır gəlir ki, onlar onu heç qılmamağa hazırdır [9:54]. Rəbb Məhəmməd peyğəmbərə ﷺ qadağan edib ki, münafiqlərin hansı üçünsə dəfn namazı qılınsın, dəfnindən sonra onun qəbri üstündə durub onun üçün dua etsin [9:84]. Allah Məhəmməd peyğəmbərə ﷺ qadağan edib ki, müsəlmanlar arasında nifaq salmaq məqsədilə münafiqlərin Mədinədə tikdirdikləri məsciddə namaz qılsın [9:108].
Qeydlər
Ədəbiyyat
Məqalə haqqında məlumat
|
||