Əl-Əqsa

Материал из Академия Корана
Перейти к навигации Перейти к поиску
аль-Акса
по-арабски
الأقصى
категория мечеть
место Иерусалим, Палестина
в Коране 1 раз: 17:1.

əl-Əqsa (ər. الأقصى — əl-Əqsa‎ — Yerusəlimdə (ər. Qüds) "Beytül-Müqəddəs" (əl-Hərəm əş-Şərif) ziyarətgahının cənub-qərb bucağında yerləşən məsciddir. Məkkədə Hörmətli məsciddən (Məscid əl-Hərəm) və Mədinədə Peyğəmbər Məscidindən (Məscid ən-Nəbəvi) sonra İslamın üçüncü ziyarətgahıdır. Əl-İsra ("Gecə səyahəti") surəsinin birinci ayəsində qeyd olunan " ən uzaq dua yeri" (əl-məscid əl-əqsa) əl-Əqsa məscidi kimi tanınır:

« Dəlillərimizdən bəzisini ona (Peyğəmbərə) göstərmək üçün Öz qulunu gecə vaxtı Məscidulharamdan ətrafına xeyir-bərəkət verdiyimiz Məsciduləqsaya aparan (Allah) pak və müqəddəsdir. Həqiqətən, O, Eşidəndir, Görəndir. [17:1] »

Quranda

Ərəb sözü “əqsa” “qasi” sifətinin üstün formasıdır, "uzaq" və ya "ən uzaq" deməkdir və "ən uzaqdakı" kimi tərcümə olunur. "Ən uzaq məscid" termininin ilkin mənası davamlı elmi müzakirələrin predmetidir. Məhəmməd Peyğəmbərin ﷺ dövründə Məkkədə müqəddəs məscid (əl-Məscid əl-Xərəm) adlanırdı, halbuki "ən uzaq dua yeri" səmada, Yerusəlimdə və ya Məkkənin yaxınlığındakı yerdə ola bilərdi. Yalnız daha sonrakı zamanlarda əl-Əqsa Yerusəlim məscidinin xüsusii adına çevrildi. Siyasi nəzərdən çıxış edərək Əməvilər (661— 750) Məkkə və Mədinə ilə müqayisədə daha çox Yerusəlimin əhəmiyyətini vurğulayırdı, amma sonralar bu mübahisə mənasını itirdi. Bununla belə Yerusəlim və əl-Əqsa müsəlmanların (əl-qibləteyn ülyası) ilk dua istiqaməti və müqəddəsliyə görə İslamda üçüncü yer (səlis əl-hərəmeyn) kimi öz dini əhəmiyyətini qoruyub saxlamışdır. Ət-Təbaridən (vəf. 922) başlayaraq bütün nüfuzlu Quran şərhçiləri nəticədə əl-Əqsanı Yerusəlimdə yerləşdirirdilər [1].


Tarix

İsa Peyğəmbərin (мир ему) anadan olmasından on əsr əvvəl Allahın hökmü ilə Davud Peyğəmbər (мир ему) tərəfindən Yerusəlim şəhəri seçilmişdi. Davudun oğulu Suleyman Peyğəmbər (мир ему) Allahın ona nazil etdiyi vəhyə əsasən Yerusəlimdə məbəd tikdi. Miladdan əvvəl 586-cı ildə Yerusəlim məbədi bəbilistanlılar tərəfindən dağıdıldı. 516-cı ildə Məbəd bərpa edildi və orada yenidən Allaha ibadət etməyə başladılar. Yeni eranın 70-ci ilində Məbəd yenidən dağıdıldı, ancaq bu dəfə romalılar tərəfindən [2].

Təxminən 619-cu ildə Məhəmməd Peyğəmbər ﷺ Yerusəlimə köçürüldü (isra) və oradan o, səmaya ucaldıldı (mirac). [17:1] Məkkədə olarkən, həmçinin Mədinəyə köçdükdən sonra 17 ay ərzində Məhəmməd Peyğəmbər ﷺ və onun sahabələri əl-Əqsa məscidinə tərəf namaz gılırdılar ki, bundan sonra namazın istiqamətinin dəyişməsi (qiblə) baş verdi. Müsəlmanlar indiyədək Məkkədəki Kəəbəyə tərəf namazlarını gılırlar (Səudiyyə Ərəbistanı) [2].

636-cı ildə raşidi xəlifə Ömərin (да будет доволен им Аллах) başçılığı ilə müsəlmanlar Yerusəlimi tutdular. Ömər (да будет доволен им Аллах) Allahın Elçisi ﷺ Yerusəlimə gecə səyahəti zamanı namaz qıldığı yerdə namaz qıldı. O, xaçpərəstlərlə məscidin tikilməsi məsələsini razıllaşdırdı və onun qayanın qarşısında tikilməsinə qərar verildi. Tikiləcək məscidin yerində olan zibil və daşları xəlifə Ömər (да будет доволен им Аллах) öz paltarında daşıyırdı [3]. Müsəlmanlar kifayət qədər tez bir zamanda gələcək məscid üçün yer təmizlədilər, sonra Ömər (да будет доволен им Аллах) məscidin tikintisinə başlamağı əmr etdi ki, həmin məscid hal-hazırda əl-Əqsa məscidi adlanır.

Məscidin personalı (imamlar, xətiblər və müəllimlər) və xeyriyyəçilik fondlarının (vəqf) dəstəyi haqqında məsələ tədqiq olunmamış qalır. 1648 - 1650 illərdə Yerusəlimi ziyarət etmiş Osmanlı səyahətçisi Övliyə Çələbi osmanlı sultanlarınının qəyyumluq etdiyi dörd məzhəbə aid imam və vaizlər, Quran qiraətçiləri və azançılar daxil olmaqla səkkiz yüz "xidmətçi" haqqında xəbər verir. Ancaq onlardan neçəsinin əl-Əqsa məscidinə aid olduğunu demək çətindir. XVIII əsrinin yerli salnaməçisi əl-Qüdsi həmçinin əl-Əqsa ilə bağlı bir neçə vəzifəni müəyyən edir [1].


Birinci dünya müharibəsindən sonra Fələstinin Osmanlı imperiyasından Britaniya hakimiyyəti altına keçməsi ilə və Fələstində Yəhudilər üçün Milli Ev yaradılan zaman 1920-ci il (üçüncü) Fələstin Milli Konqresi öz şüarlarından biri kimi "Əl-Əqsa məscidini Qoruyaq" şüarını qəbul etdi. Britaniya mandatına uyğun olaraq Ali Müsəlman Şurası və onun prezidenti əl-Həcc Amin əl-Hüseyni Yerusəlimin və əl-Əqsanın statusunu daha da möhkəmləndirdi. Şura başqa ərəb və müsəlman ölkələrindən alınmış vəsaitlərin hesabına maliyyələşdirilən bərpa işlərinə, əsasən də Qübbət əs-Səhra məscidində gedən bərpa işinə nəzarəti həyata keçirirdi. Məscidin yanında daha erkən aparılmış bərpa işlərindən qalan artefaktların yerləşdirildiyi İslam muzeyi, onun yanında isə əl-Əqsa kitabxanası tikilmişdi. 1929-cu il iğtişaşlarından və 1930-cu ildə Ağlaşma Divarı üzrə Beynəlxalq komissiyanın təyinatından sonra Yerusəlimdə 1931-ci ildə Ümumi Müsəlman Konqresi baş tutdu və o, bərpa işləri üçün yığılmış vəsaitlərin qalan hissəsini əl-Əqsa universitetinin yaradılmasına sərf edilməsi barədə qərar qəbul etdi, ancaq bu layihə həyata keçmədi [1].

İordaniya hökmdarları 1920-1921-ci illərdə bərpa işlərinə qoyduqları sərmayədən başlayaraq, Hərəm əş-Şərifə xüsusi maraq göstərdilər. 1948-dən 1967-ci ilədək İordaniya qanunlar qəbul etdi və əl-Əqslanın bərpa edilməsinə nəzarət etmək üçün xüsusi komitə təsis etdi. Britaniya mandatı altında hakimlik edən kral Abdullah 1946-cı ildə İordaniya müstəqillik əldə edəndən sonra da kral olaraq qalırdı. O 20 iyul 1951-ci il tarixində, cümə günü günorta əl-Əqsanın pilləkanı ilə qalxan anda öldürülmüşdü. Məbədlə xüsusi əlaqəni, başqa şeylərdən əlavə, həmçinin İordaniya ordusunun “əl-Əqsa” adlanan rəsmi jurnalının adı da simvolizə edirdi. Misir və Səudiyyə Ərəbistanı tez-tez ianələr vasitəsilə əl-Əqsaya sədaqətlərini vurğulayırdı. [1]


1967-ci il müharibəsindən sonra, Şərqi Yerusəlim üzərində İsrailin idarəçiliyi bərqərar olan zaman, müsəlman dünyasında əl-Əqsanın təhlükəsizliyinə görə nigarançılıq gücləndi. 21 avqust 1969-cu il tarixində Avstraliyadan olan Dennis Maykl Rohan (Dennis Michael Rohan) adlı xristian fundomentalist fanatiki əl-Əqsa məscidini yandırıb, binaya, həmçinin onun interyeri və işləmələrinə əhəmiyyətli dərəcədə zərər vurdu. Alov unikal taxta minbəri də məhv etdi, hansı ki, bildirildiyi kimi, Hələbdə Saləh əd-Dinin (vəf. 1193) əmrilə ucaldılmışdı. Bu hadisə beynəlxalq etiraza, həmçinin Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilmiş qınanc aktına gətirib çıxardı ki, bu da İslamın üçüncü ziyarətgahının təhdid altında olması barədə müsəlmanların nigaranlığını gücləndirdi. Bu narahatlıqdan Rabatda 1969-cu ildə İslam Konfransı Təşkilatnın əsası qoyuldu ki, hazırda İslam Əməkdaşlığı Təşkilatı adlanır. Sonrakı onilliklər ərzində taxta məmulatlara, naxışlara və hündür mozaikalı pəncərələrə vurulmuş zərər bərpa edildi. Məscidin daxili taxta günbəzi səliqə ilə bərpa edildi, bayırdan isə günbəz, qurğuşundan olan əvvəlki tilli örtüyü əvəz olunaraq, gümüşü alüminiumla üzləndi. Bu bərpa işləri əsasən bu yer üçün xüsusi məsuliyyət daşımaqda davam edən İordaniya tərəfindən maliyyələşdirildi. Faktiki müdafiəsi və məzmununun çox hissəsi yerli vəqf administrasiyası tərəfindən yerinə yetirildi ki, bu da İsrail və İordaniya arasında, 1993-cü ildən etibarən isə Fələstin administrasiyası ilə də de-fakto zəif simbiozu əks etdirir [1].

Əl-Əksa məscidi və onun qarşısındakı meydança bir sıra hadisələrin, o cümlədən 1981-ci ilin aprelində Birləşdirilmiş Ştatlarda doğulmuş İsrail vətəndaşı Alan Qudmanın (Alan Goodman) törətdiyi atışmanın şahidi oldu. Bu hadisə qiyama səbəb olmuş və nəticədə dörd nəfər həlak olmuş, on bir nəfər yaralanmışdır. Hərdən bir müsəlman nümayişləri və İsrail ordusuyla toqquşmalar baş verirdi. Kiçik yəhudi qrupları bəzən yahudi məbədinin yeri kimi bu rayona yiyələnmək üçün iddia bildirirlər. Onlar əl-Hərəm əş-Şərif ərazisində dua etmək hüququnu əldə etməyə, daha sonra isə Yerusəlim məbədini bərpa etməyə can atırdılar. Bu qruplar vaxtaşırı Məbəd dağı adlandırdıqları yerə təxribatçı yürüşlər edirdi. İsrail tərəfindən divarların ətrafında və qonşu qədim yeraltı tunellərdə aparılan qazıntılar eyni dərəcədə müsəlmanların qəzəbinə səbəb oldu [1].

Fələstin ərəblərinin 1990-cı illərin sonundan etibarən İsraildə qaldırdığı islam hərəkatı dəfələrlə bəyan etmişdir ki, "əl-Əqsa təhlükədədir" və bu baxışların təbliğatı üçün kütləvi nümayişlər keçirmişdir. Bu hərəkat nəticədə əl-Əqsanın alt məkanlarının bərpa edilməsi ilə bağlı kampaniya təşkil etdi. Bu məkanları ərəb dilində bəzən "Köhnə əl-Əqsa", adətən əl-musəllə əl-Mərvani, yəni Mərvan ibn əl-Validlə (hak. 683 — 685) bağlı namaz yeri, və ya ivritdən tərcümədə "Süleymanın Tövləsi" adlandırırlar. Müsəlmanlar tərəfindən aparılan tikinti işləri 28 sentyabr 2000-ci ili tarixində İsrailin baş naziri Ariel Şaronun mübahisəli səfərinə gətirib çıxardı və ikinci intifadəyə səbəb oldu. Əl-Əqsa məscidiylə həmçinin "Əl-Əqsa şəhidləri briqadası" termini və s. bağlıdır. [1] İsrail hakimiyyəti vaxtaşırı əl-Əqsa məscidinə girişdə məhdudiyyət qoyur.


Əl-Əqsa kollektiv yaddaşda və siyasi mübahisələrdə

Vizual təsəvvürlərdə əl-Əqsaya istinad çox vaxt vizual cəhətdən daha təsirli olan Qaya Günbəziylə qarışdırılır, hansı ki, poçt markaları, plakatlar, qrafiti və divar naxışlarından, həmçinin təşkilatların, kütləvi informasiya vasitələrlərinin və ticarət müəssisələrinin loqotiplərindən göründüyü kimi, çox vaxt məscidin rəmzi olaraq xidmət edir. Bu vizual referentin geniş istifadəsi Fələstində və bütovlükdə müsəlman dünyasında meydana çıxır. Əl-Əqsa xristian və müsəlman olaraq bütün fələstinlilər üçün Fələstinin emosional əhəmiyyətə malik olan xüsusi milli simvolu oldu. Eyni zamanda, bu yerin orta əsr ədəbiyyatında qeyd olunan yəhudi tarixinə istinad bu yerin müasir ərəb təsvirlərindən yox oldu və ya ümumiyyətlə inkar edilir [1].


Onun tarixinə Əl-Əqsaya aid olan müasir Fələstin kollektiv yaddaşı və onun tarixinə istinadlar, həmçinin sionizmə və İsrail dövlətinə qarşı yönəlmiş mübahisələr çox vaxt əl-Əqsanı itirmək qorxusunu əks etdirir. Bu qorxunu fələstin ədəbiyyatında da (məsələn, Əbd ər-Rəhim Mahmudun poeziyasında), beynəlxalq islam sənədlərində də, çoxsaylı veb-saytlarda da görmək olar. Bununla belə, çoxsaylı dini tikililər, dini və mədəniyyət (həmçinin qadın) assosiasiyaları, media təşkilatları və hətta ticarət müəssisələri əl-Əqsa adını daşıyır və bununla da xalqın şüurunda öz yerini təsdiq edir.[1].

Tikinti və bərpaetmə

Peyğəmbərin ﷺ ölümünədək əl-Hərəm əş-Şərifin yerində məscid yox idi. Məbəd Dağının ətrafındakı sahələr yerli sakinlər tərəfindən zibil yığılan yer kimi istifadə olunurdu. Xəlifə Ömər (да будет доволен им Аллах) tərəfindən Yerusəlimin kapitulyasiyası qəbul edildikdən sonra, 638-ci ildə zibilin təmizlənməsi və məscidin tikintisi başlandı. Xəlifə I Müaviyyənin (да будет доволен им Аллах) hakimiyyəti dövründə (661—680) qall zəvvarı Arkulf şərqi hissədə, onun fikrincə, yahudi Məbədinin qalıqları olan yerdə "sarasinlərin" kiçik ibadət evini gördü. Bu məscid Ömərə (да будет доволен им Аллах) aid edilmişdi. [3]

Əl-Əqsa Beytül-Müqəddəs ziyarətgahının cənub-qərb bucağında yerləşir. 1938—1942 illərdə aparılmış təmir zamanı məscidin tikintisi və bərpa edilməsi üzrə 5 böyük dövr aşkar edilmişdi. Beşinci dövr Məmlük sultanı İz əd-Din əl-Aybək Misri ilə bağlıdır ki, onun dövründə terrasın qərbi tağlı keçidləri və qərbi bayır araları tikilmişdilər. IV dövrdə məscid tampliyerlərlər tərəfindən tutulmuşdu (1099—1186). Tikintinin və ya bərpaetmənin birinci üç dövrü tarixi ədəbiyyatda xatırlanan əməvi xəlifələri Əbd əl-Məlik (685—705) və I əl-Validlə (705—715), həmçinin abbasi xəlifələri əl-Mənsur (753—775) və əl-Məhdi ilə (775—785) bağlıdır[3].

Аль-Мукаддаси, который видел аль-Аксу в 984 году, Насир Хосров — в 1047 и неизвестный автор книги XIV века Мусир аль-гарам, цитируемой ас-Суйути сообщают, что мечеть была построена ‘Абд аль-Маликом. Остатки аль-Аксы были найдены в южной части мечети и в девятнадцати метрах от его нынешней северной стены. Вторая аль-Акса имела широкий центральный неф, купол перед михрабом и северную стену протяжённостью в девятнадцать метров, которая включала греческие настенные надписи. В третьей аль-Аксе нефы и проходы к северу от купола были снесены и установлены новые столбы. Аль-Мукаддаси писал, что эти «отделанные под мрамор» колонны были специально подготовлены для мечети. Они оставались на месте до ремонта 1938—1942 годов и были переданы в музей Благородного святилища. Мусир аль-гарам, написанная в Иерусалиме в 1351 году, утверждает, что мечеть аль-Акса была восстановлена ​​аль-Мансуром после землетрясения 748 года, и построена заново после второго землетрясения при аль-Махди; это второе землетрясение не зарегистрировано в источниках и, как правило, считается упоминанием более раннего землетрясения[3].

Самые подробные мусульманские источники, в которых упоминаются описания мечети принадлежат аль-Мукаддаси, Насиру Хосрову и автору Мусир аль-гарам воспроизведенного ас-Суйути, но они иногда противоречат друг другу. Греческие папирусы 709—715 годов, найденные в египетском селении Афродито упоминают рабочих и материалы, которые использовались для строительства мечети и дворца в Иерусалиме, но они не сообщают о какой именно мечети идёт речь[3]. Одним важным источником является труд местного летописца Муджир ад-дин аль-‘Уляйми, написанный примерно в 1496 году, чьё описание соответствует сегодняшней аль-Аксе. В качестве интересного можно отметить, что он использует для здания мечети термин джами‘, тем самым тонко выделяя это сооружение из более широкого понятия масджид.

По данным Кресуэлла (Creswell), аль-Валид I построил первую аль-Акса, аль-Махди — вторую, после землетрясения 1033 года, а фатимидский халиф аз-Захир построил третью аль-Аксу. Он считал, что папирусы из Афродито подтвердили, что аль-Валид I был инициатором строительства мечети. Штерн (Stern) полагал, что первая и вторая аль-Аксы были реконструированы при Омейядах, а третья — при ‘Аббасидах. Кроме того, он считал, что фатимидская мозаика на куполе были добавлена после того, как мечеть была перестроена Омейядами. Оценивая литературные и археологические данные, Хамильтон (Hamilton) приписал первую аль-Аксу ‘Абд аль-Малику, вторую — аль-Валиду I, третью — аль-Мансуру и аль-Махди после землетрясения 748 года. Он предположил, что вторая аль-Акса была значительно расширена, так как оригинальное здание было слишком мало[3]. Грабар (Grabar) уделял большое внимание строительству и материалам, отмечая, что некоторые строительные материалы были привезены из соседних регионов. Украшения, отделка и резьба по дереву, а также окна в верхней галерее отражают различные периоды, в течение которых архитекторы и ремесленники способствовали приукрашиванию мечети[1].

В сохранившейся мозаике у основания купола имеется запись о ремонте аз-Захира в 1035 году и первый айат суры аль-Исра сразу же после басмалы (Бисми Лляхи р-Рахмани р-Рахим). Вторая надпись аз-Захира на куполе ныне утеряна, но, по сообщению ‘Али аль-Харави, в 1173 году она также содержала айат 17:1 сразу после басмалы. Надпись части айата 17:1 на стене к востоку от михраба появилась после 1187 года, а надпись айатов 17:1-6, который находится в восточной части трансепта (поперечного нефа) датируется 1331 годом[3].

Qeydlər

Ədəbiyyat

İstifadə edilən ədəbiyyat
Дополнительная литература
  • Dodd, E. C. and Khairallah, S., The image of the word. A study of quranic verses in Islamic architecture. — Beirut, 1981.
  • Gil, M., A history of Palestine, 634—1099. — Cambridge, 1992.
  • Grabar, O., al-Ḥaram al-Sharīf // Encyclopaedia of Islam, Second Edition. — Leiden : E. J. Brill, 1986. — Vol. 3 (H—Iram). — P. 173-175.
  • Grabar, O., al-Masd̲j̲id al-Ạkṣā // Encyclopaedia of Islam, Second Edition. — Leiden : E. J. Brill, 1991. — Vol. 6 (Mahk—Mid). — P. 707-708.
  • Muzaffar Iqbal and Naseer Ahmad, Aqṣā Mosque // Integrated Encyclopedia of the Qurʾān. — Sherwood Park: CIS, 2013. — Vol. 1 (A—Bea).
  • Rosen-Ayalon, M., The early Islamic monuments of al-Ḥaram al-Sharīf. — Jerusalem, 1989.
  • Wilkinson, J., Jerusalem pilgrims before the Crusades. — Warminster, 1977.
  • Wilson, C. W., Ordinance survey of Jerusalem, 1865. — Jerusalem, 1980.

Məqalə haqqında məlumat

  • Müəllif: Nagmetov, R. Ş.; E-mail: feedback@quranacademy.org.
  • Biblioqrafik istinad: Əl-Əqsa [Elektron resurs] // QuranAcademy.org: Quran Akademiyası. 2016—2018 il.
  • URL: http://az.quranacademy.org/encyclopedia/article/Al-Aqsa
  • İlk dərc edilməsi tarixi: 21 октября 2017 il.
Основной автор этой статьи — участник Maqivi. Если вы хотите обсудить содержание статьи, то перейдите на страницу обсуждения статьи или на страницу обсуждения участника.

Ссылки: Цитаты / Просмотр (адм) / Википедия / Integrated EQ / Brill: 2-nd, THREE, EQ


Мета-теги:  / Google / Яндекс :

Ошибка скрипта: Модуля «Title transformations» не существует.Ошибка скрипта: Модуля «Title transformations» не существует.