Ölüm

Материал из Академия Корана
Версия от 05:59, 28 декабря 2017; Ilham.zabirov (обсуждение | вклад) (Ilham.zabirov переименовал страницу Смерть в Ölüm)
Перейти к навигации Перейти к поиску
Ölüm
ərabcə
موت
kateqoriya ölüm
Quranda 165 dəfə
əlavə baxın qətl, doğum

Ölüm (ər. الْمَوْتُ — əl-mavt‎‎) — orqanizmin həyat fəaliyyətinin dayanması, həyatın görünməyən aspektidir. Ölüm Yer üzündə həyatın sonu, vəfat, ruhun bədəndən ayrılması deməkdir. İnsanın ölümü, cismani həyatın sonu, əbədi, mənəvi həyata keçiddir. Ölüm də eynilə həyat kimi yaranmışdır [67:2].Ölüm probleminə elmin müxtəlif sahələrində çoxsaylı işlər həsr edilmişdir. Həmçinin ölüm məsələsinin tədqiqatı zamanı hərtərəfli yanaşmadan istifadə edən materiallar mövcuddur. Ancaq ölüm probleminin bir çox dini aspektləri kifayət qədər açıqlanmamış qalır. Müqəddəs Quranda ölüm bir çox ayətlərdə xatırlanır və burada onun fundamental əsasları geniş açıqlanır.


Ölümə hazırlıq, müjdəçilər

Hər şeydən əvvəl ölüm müjdəçiləriylə bağlı və möminin ölümqabağı nə kimi tədbirlər görməsi barədə aspektlərə toxunmaq lazımdır. Müsəlman ənənələrinə əsasən, insan hələ yaşayarkən axirət dünyasına keçməyə hazırlanmalıdır. Müsəlmanlar əbədi həyata əsaslı qaydada hazırlanırlar, xeyirxah əməllər edərək, onlar Cənnətə can atırlar. Axirət dünyası isə insanın Qiyamət gününə [4] qədər müvəqqəti mövcud olduğu yerdir. Qurana əsasən, əgər insan ölümünün yaxınlaşdığını hiss edirsə və ya ölümcül xəstəlik yaxud ciddi təhlükə onun həyatına son qoya bilərsə və onun var-dövləti kifayət qədər böyük hesab edilirsə, o zaman vəziyyətlərini və ehtiyaclarını nəzərə alaraq miras almayan qohumlarının xeyrinə ədalətli vəsiyyət tərtib etmək onun üçün vacibdir [2:180].]. Bu halda hər kəsin ehtiyaclarını və onların qohumluq dərəcəsini nəzərə almaq lazımdır. Vəsiyyət iki şahidin iştirakı ilə tərtib edilməlidir [5:106]. Vəsiyyətin tərtib edilməsinin əhəmiyyəti haqqında Məhəmməd peyğəmbərin ﷺ kəlamında da deyilir: «Hər hansı əmlaka sahib olan müsəlmana özüylə bu əmlaka yazılmış vəsiyyəti olmadan iki gecədən artıq keçirmək yaraşmaz»[1].

Qurandakı yalnız ölüm haqqında xatırlama deyil, burada həm də çağırışlar mövcuddur, möminin ölümqabağı görməli olduğu tədbirlər göstərilir.[63:10]. Bu, zəkat, günahları yüngülləşdirən sədəqə kimi məcburi ianələrdir, ailənin təminatına, həmçinin xoş məqsədlərə yönələcək istənilən könüllü ianələrdir.[2]. Bəzi mənbələr, ölüm müjdəçiləri probleminə toxunaraq, Məhəmməd peyğəmbərin ﷺ: kəlamını gətirirlər: «Uca Allah Öz quluna xeyir nəsib etmək istəyirsə, O, ona ölümündən əvvəl çoxlu xeyirxah əməllər etməyə imkan yaradır. Həmçinin ölümünə bir il qalmış ona haqq yolundan azmağa imkan verməmək üçün mələyi yollayır və bu qul ən gözəl əməllərini etdiyi zaman öləcək. Uca Allah ölümqabağı onun üçün hazırlanmış Cənnəti ona göstərəcək. Onda bu insan daha tez ölməyi arzulayacaq ki, Uca Allahla görüşsün. Ancaq Uca Allah arzulayacaqsa ki, qulun imansız ölməyini istəsə, onda onun ölümünə bir il qalmış şeytana əngəl olan mələkləri ondan uzaqlaşdıracaq və o şeytanın ixtiyarında olacaq və pis əməllər etdiyi zaman öləcək. Ölümqabağı Uca Allah ona düşəcəyi Cəhənnəmi göstərəcək və onda o, bu dünyanı tərk etmək və Allahla görüşmək istəməyəcək»[3].

Gizli məfhumlar haqqında bilik

Ölüm məsələsində islam dini ona əsaslanır ki, hər icmanın öz müddəti mövcuddur və onun vaxtını nə yaxınlaşdırmaq, nə uzaqlaşdırmaq mümkün deyil [4], ruh insanı yalnız Uca Allahın iznilə tərk edər[5][2]. İnsanın ömür müddəti bitməmiş, heç bir ölümcül təhlükə ona zərər yetirə bilməz, çünki Allah onun ölümünü qabaqcadan müəyyən etmiş və ona təyin etdiyi saatda ölməyi buyurmuşdur[2]. Heç kim hansı yerdə öləcəyini bilmir [31:34]. Ölümdən qaçmaq mümkün deyil [33:16], o, hər halda insanı haqlayacaq [6].

Bəzi mənbələrə istinadən, bir dəfə Süleyman peyğəmbər öz ölümünün vaxtını ona bildirməyi ölüm mələyindən xahiş edir. Mələk cavab verir ki, bu haqda o, yalnız Allah ona bu il canlarını alacağı kəslərin siyahısını verdikdən sonra biləcək[7].


Ölüm arzusu

Qeyd etmək vacibdir ki, üz vermiş hər hansı xəstəliklərdən, bədbəxtliklərdən və yoxsulluqdan asılı olmayaraq, Tanrıdan ölüm arzulamaq pislənilir. Özünə ölüm arzulamağa icazə verən yeganə şərt o hal ola bilər ki, mömin yayılmaqda olan və onu dindən ayıra biləcək qiyamdan, imansızlıqdan qorxsun. Məsələn, Məhəmməd peyğəmbər ﷺ bunları deməyə icazə vermişdir: «Əgər Sən insanlar arasında fitnə və küfür yaymaq istəyirsənsə, onda məni Öz yanına götür ki, qiyama və imansızlığa düşməyim» [7].[3].

Bəzi Quran izahçılarına əsasən, möminə həmçinin şahid ölümü arzulamağa icazə verilir. [3:143] Quranda Allahın bütün insanları olduğu kimi, ölümə məhkum adlandırdığı [39:30] Məhəmməd peyğəmbər ﷺ «həzləri dağıdan» ölümü daha çox yada salmağa çağırırdı[8].


Ruhun bədəndən ayrılması və ölümqabağı canvermə

Məlum olduğu kimi, insanın ölümü onun ruhunun bədənindən ayrılması nəticəsində baş verir. Ömür müddəti bitdikdən sonra insanın canı ölüm mələyinin sərəncamına keçir və o, Allahın iznilə canı bədəndən ayırır [32:11]. Ruhun bədəndən yüngül və ya ağır ayrılması dərəcəsi insanın öz ömrünü mömin ya kafir kimi yaşadığından asılı olur [79:1-2].

İslam dininə əsasən, ölüm ayağında can verdiyi zaman [50:19], günahkarlar iyrənc əzablara və dəhşətli kədərə məruz qalır. Mələklər ədalətli cəza alacaqları və ağır ödənc ödəyəcəkləri barədə onlara xəbər verir ki, bu xəbəri kafirlər ilk dəfə bu dünyadakı həyatları ilə ayrıldıqları anda eşidəcəklər [6:93].


Hər bir nəfs ölümü dadacaqdır

Bəzi müsəlmanların şüurunda bu və ya digər mömin adamların ölməz olduğu və bu günə kimi yaşadıqları barədə müəyyən stereotiplərlə bağlı Quranda belə bir arqument mövcuddur ki, «Hər bir nəfs ölümü dadacaqdır» [9]. Müsəlmanların dini etiqadlarına əsasən, əvvəlcə insan ölümü dadacaq, sonra isə o, axirət həyatına keçəcək. Bu dünyadakı ölümdən sonra daha ölümlər olmayacaq [44:56].


Kiçik ölüm

Ölüm anında alınan canlardan fərqli olaraq, ölmək vaxtı çatmamış kəslərin canları onlar yuxuda ikən alınır və belə ölümü kiçik ölüm adlandırırlar [39:42].


Qeydlər

Ədəbiyyat

İstifadə edilən ədəbiyyat
Дополнительная литература

Məqalə haqqında məlumat

  • Müəllif: канд. полит. наук Эжиев, И. Б.; E-mail: feedback@quranacademy.org.
  • Biblioqrafik istinad: Ölüm [Elektron resurs] // QuranAcademy.org: Quran Akademiyası. 2016—2018 il.
  • URL: http://az.quranacademy.org/encyclopedia/article/Mawt
  • İlk dərc edilməsi tarixi: 24 июня 2017 il.
Основной автор этой статьи — участник Иса. Если вы хотите обсудить содержание статьи, то перейдите на страницу обсуждения статьи или на страницу обсуждения участника.

Ссылки: Цитаты / Просмотр (адм) / Википедия / Integrated EQ / Brill: 2-nd, THREE, EQ


Мета-теги:  / Google / Яндекс : смерть в исламе хадисы, аяты про смерть, каждая душа вкусит смерть сура, аяты из корана про смерть, хадисы про ангела смерти, после смерти ислам, ислам смерть человека, жизнь смерть исламе, человек после смерти исламе, душа после смерти ислам, о смерти иисуса