Arafat: различия между версиями
Hqaweb (обсуждение | вклад) Новая страница: «Ərafat Ərafat (عرفات) [Arafət]. Məkkənin ətrafında yerləşən bir dağın adıdır. Həccin fərz olan əsas rükunlarından biri olan Ərafatda v…» |
Hqaweb (обсуждение | вклад) Нет описания правки |
||
| Строка 32: | Строка 32: | ||
Hər il həcc ibadəti Ərafatda öz zirvə nöqtəsinə yüksəlir. Həcc mərasimi ehrama giriş, təlbiyə gətirmə ilə başlayır, təvaf və s. ibadətlərlə qızışar, Ərəfat dağına qalxıb, orada dua etməklə zirvəyə yüksələr. Bundan sonra həcc mərasimi bayram günündən etibarən (10 Zülhiccə) zirvəsindən enməyə doğru üz tutar. | Hər il həcc ibadəti Ərafatda öz zirvə nöqtəsinə yüksəlir. Həcc mərasimi ehrama giriş, təlbiyə gətirmə ilə başlayır, təvaf və s. ibadətlərlə qızışar, Ərəfat dağına qalxıb, orada dua etməklə zirvəyə yüksələr. Bundan sonra həcc mərasimi bayram günündən etibarən (10 Zülhiccə) zirvəsindən enməyə doğru üz tutar. | ||
[[RU:Арафат]] | |||
Версия от 08:37, 7 сентября 2016
Ərafat
Ərafat (عرفات) [Arafət]. Məkkənin ətrafında yerləşən bir dağın adıdır. Həccin fərz olan əsas rükunlarından biri olan Ərafatda vəqfə burada yerinə yetirilir. Zül-Hiccənin 9-cu günü günortadan sonra səhər sübh vaxtına qədərki vaxt içində burada bir müddət qalmaq (vəqfə) fərzdir. Rasulullahın (s) sünnəsinə uyğun olanı, günorta üçün Ərafata gəlib axşam düşənə qədər burada vəqfə edib dua, zikrlərlə keçirməkdir.
Ərafat dağındakı vəqfə yerinin hüdudları da müəyyən edilmişdir.
İbn Şeybənin (r.a.) rəvayətinə görə, onlar Ərafatda ikən Amr (r.a.) onların yanına gələrək belə dedi: “Mən Rəsulullahın (s) sizə göndərdiyi elçiyəm. İşarət yerlərində olun. Çünki siz atanız İbrahimdən qalma bir irs üzrəsiz.” (Tirmizi. Həcc 53 (883))
Bu dağın ismi Quranda zikr olunur: “...Ərəfatdan qayıdarkən zaman (فاذا افضتم من عرفات) [fəizə əfəztum min ARAFƏT-in] Məşərülhəramda Allahı xatırlayın. Sizi doğru yola yönəltdiyi üçün Onu zikr edin, çünki siz bundan əvvəl (doğru yolu) azanlardan idiniz! (əl-Bəqərə, 198)
Ərafatın özəlliyindən biri də, bu dağın Məkkə hərəminin hüdudu xaricində yerləşməsidir. Bu amil də bəzi anlaşılmazlıqlara səbəb olmuşdur. Belə ki, Hz. İbrahimdən (ə.s.) ərəblərə miras qalmış, həcc ayinləri arasında Ərafatda vəqfə də yer alırdı.
Ərafatdakı vəqfədən başqa həcc ibadətinin bütün ayinləri Məkkə hərəminin daxilində yerinə yetirilirdı. Bu səbəbdən də cahiliyyə dövründə Məkkəli Qureyşlilər Ərafatda vəqfə etməyi Məkkə hərəminin xidmətçiləri kimi öz şəxsiyyətinə sığışdırmırdılar. Nəticədə hər yerdən həcc etməyə gələn zəvvarlar Ərafatda vəqfə edirdi, Qureyşlilər isə haram daxilindəki Müzdəlifədə. (Bax: Tirmizi. Həcc 53; Müslim. Həcc 152)
Aşağıdakı ayələr (Qureyşlilər də daxil) hər kəsin Ərafatda vəqfə etməsini, sonra da hamının bir yerdə Ərafatdan Müzdəlifəyə doğru hərəkət etməsini buyurdu, bununla da bu ixtilafa son qoydu: “Sonra camaatın döndüyü yerdən siz də dönün! Allahdan bağışlanmaq diləyin, şübhəsiz ki, Allah bağışlayandır, rəhm edəndir!” (əl-Bəqərə, 199)
Ərafat dağı tarixdə yadda qalan bəzi mühüm hadisələrə meydan olmuşdur.
Bəzi rəvayətlərə görə Hz. Adəm və Hz. Həvva Cənnətdən yer üzünə endirildikə, Adəm (ə.s.) Hind diyarında, Hz. Həvva da Ciddədə (Ərəbistan yarımadasında Məkkəyə yaxın bir yer) yerləşmişlər. Onlar bir-birini uzun zaman axtardıqdan sonra nəhayət Ərəfatda görüb, tanımışlar. Bu səbəbdən bura "tanımaq" mənasına gələn "Arafat" (عرفات) sözü ilə adlanıb.
Həmçinin Uca Allahın əmri ilə Cəbrayıl (ə.s.) Hz. İbrahimi (ə.s.) "haram" bölgəsində gəzdirərək, həccin ayinlərini öyrətmişdir. Son olaraq, Məkkənin kənarındakı Ərəfat dağına gəlib, oranı Hz. İbrahimə göstərmiş və ona: "araftə, araftə?" (عرفت؟) (bildinmi, tanıdınmı?) demişdir. Bu səbəbdən də bu yer "tanımaq, bilmək" mənasına gələn "Ərəfat" (عرفات) olaraq adlandırıldığı söylənmişdir. Quranda bu kəlimə tanımaq anlamında keçir:
“Yusifin qardaşları gəlib onun hüzuruna daxil oldular. Onlar (Yusifi) tanımadıqları halda, (Yusif) onları dərhal tanıdı (فعرفهم) [fə-ARAFƏ-hum].” (Yusif, 58)
Ərəfat dağının tarixi ilə bağlı yadda qalan hadisələrdən biri də İslam dininin orada tamamlandığı, kamillik zirvəsinə yüksəlməsidir. Uca Allah ilk insan Hz. Adəmlə başladığı Öz mübarək İslam dinini sonuncu Peyğəmbərinə (s.) göndərdiyi şəriətlə kamillik zirvəsinə çatdırdı. Bu da Ərəfə günü, Ərəfat dağında aşağıdakı ayənin enməsi ilə baş verdi:
“…Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyənib seçdim…” (əl-Maidə, 3) (Bax: Müslim. Təfsir 1; Tirmizi. Təfsir 6)
Yenə Rəsulullahın (s) məşhur “Vəda xütbəsini” Ərafatda oxuduğu rəvayət edilmişdir. (Bax: Müslim. Həcc)
Hər il həcc ibadəti Ərafatda öz zirvə nöqtəsinə yüksəlir. Həcc mərasimi ehrama giriş, təlbiyə gətirmə ilə başlayır, təvaf və s. ibadətlərlə qızışar, Ərəfat dağına qalxıb, orada dua etməklə zirvəyə yüksələr. Bundan sonra həcc mərasimi bayram günündən etibarən (10 Zülhiccə) zirvəsindən enməyə doğru üz tutar.