Boşanma: различия между версиями
Нет описания правки |
Нет описания правки |
||
| Строка 62: | Строка 62: | ||
== | == Boşanmanın elanolunma qaydası == | ||
İslama əsasən, ərə öz arvadıyla üç dəfə boşanmaq hüququ verilir, ancaq İslam ona bir dəfəyə bir dəfədən artıq boşanmağı qadağan edir. Üçüncü son boşanmanı elan etdikdən sonra ər-arvad yenidən nikahda birləşə bilməz, hələ ki boşanmış qadın başqa adama ərə getməmiş və onunla tam ər-arvadlıq münasibətlərində yaşamamışdır. Əgər bundan sonra o qadın öz ərindən boşansa və ya dul qalsa, o zaman o, əvvəl onunla evli olmuş kişi ilə yenidən nikah bağlaya bilər. Quranda deyilir: {{ЦК|Əgər onu (üçüncü dəfə) boşayarsa, bundan sonra o (qadın) başqa bir kişiyə ərə getməyincə ona (əvvəlki ərinə) halal olmaz. Əgər (sonrakı əri) onu boşasa, Allahın hədlərini yerinə yetirəcəklərini güman etdikləri təqdirdə (yenidən) əlaqə qurmalarında ikisinə də heç bir günah yoxdur. Bunlar Allahın hədləridir, onları anlayan adamlara bəyan edir|2|230}}. Buna görə də addımbaşı boşanmaq qətiyyən olmaz, necə ki bizim dövrdə bəzi cahil kişilər edir. Onların çoxu üçün, vaxtı nəzərə almadan, bir dəfəyə və ya dalbadal üç dəfə boşanmaq az qala qəhrəmanlıq olub, hətta elələri rast gəlir ki, onlar İslama görə, başqa cür deyil, məhz bu qaydada boşanmaq lazım olduğunu hesab edir. | |||
Uca Allah Quranda buyurur: {{ЦК|Boşanma iki dəfə (olar). Bundan sonra (qadını şəriətə) müvafiq qayda üzrə saxlamaq, yaxud xoşluqla buraxmaq gərəkdir|2|229}}. Alimlər deyirlər ki, əgər bir dəfəyə üç dəfə boşanmaq mümkün olsaydı, o zaman Uca Allah boşanmaların miqdarını üç ayrı-ayrı boşanma olaraq dəqiqləşdirməzdi. Müsəlman alimləri o fikirdə yekdildirlər ki, bir "təmiz dövr" ərzində iki və ya üç dəfə dalbadal boşanmaq qəti surətdə qadağan edilir, necə ki, ər-arvad yaxınlıq etmiş aybaşı və "təmiz dövr" ərzində qadağan olduğu kimi. Bir "təmiz dövr” ərzində bir dəfədən artıq boşanmağın qadağan edilməsi İslamın ər-arvad arasında barışıq üçün şanslar saxlamaq niyyəti ilə bağlıdır, çünki iki dəfə dalbadal boşandıqda bu şanslar azalır, üç dəfə boşanma isə ər-arvadı ailəsini tamamilə dağılmadan xilas etmək imkanından qətiyyən məhrum edir. | |||
Əksər hüquqşünasların fikrincə, boşanmadan sonra arvad boşanma sözləri deyildikdən etibarən üç ay ərzində ər evində qalmalıdır. Qadına başqa adama ərə getməyi qadağan edilən boşanmadan sonrakı bu dövr ''idda'' adlanır. Şafi məzhəbi hüquqşünaslarının fikrincə, ''idda'' üç "təmiz dövr" bitdikdən sonra başa çatır. Hənafi məzhəbinə aid alimlərin fikrincə isə, ''idda'' zamanı həmçinin, üç "təmiz dövr" ərzində, hər aybaşıdan sonra bir dəfə boşanmağa icazə verilir ki, bu da cəmdə üç boşanma təşkil edir. Qeyd etmək vacibdir ki, hamilə qadının iddası uşağın doğulmasına qədər davam edir, ər öldüyü halda isə dul qadının iddası dörd ay və on gün təşkil edir. | |||
== İfadə tərzləri nəzərilə boşanmanın növləri == | |||
İslamda boşanma açıq (sərih) və metaforik (kinayə) olur. Bir çox müsəlmanlar boşanma zamanı istifadə edilən kəlmələr haqqında suallarla daim müraciət edirlər. Bəziləri ər-arvad arasında istənilən davanın boşanma olduğunu düşündüyü zaman, başqaları yenə də ümid edirlər ki, ailəni qoruyub saxlamaq imkanı boşanma zamanı onların deyəcəyi sözlərdən asılı olacaq. Həm onlara, həm o birilərinə kömək etmək üçün, müsəlmanların diqqətini ona yönəltmək istəyirik ki, ər-arvad arasında fikir ayrılıqları zamanı istifadə edilmiş sözlərdən, həqiqətən, çox şey asılıdır. Əgər bu yalnız boşanmaya yönəlik sözlər idisə, bu halda boşanma həqiqidir. Ərin öz arvadından birmənalı olaraq boşanmaq istədiyini bildirən sözlər açıq (sərih) adlanırlar. Bu sözlərə "boşanma" sözü və onunla bağlı feillər aiddir, necə ki "mən səndən boşandım", "sən boşanmısan". Bundan yalnız o hallar istisnadır ki, ər ağlı başından çıxmış olsun və ya onun həyatı üçün real təhlükə olsun. | |||
Əgər ər boşanmaya və başqa nəyəsə yönəlmiş sözlərdən istifadə etmişdirsə, o zaman boşanma yalnız o halda həqiqi olar ki, ərin arvadından boşanmaq niyyəti olsun. Boşanmanın belə forması metafora (kinayə) adlanır və yalnız boşanmaq niyyəti olduğu halda həqiqidir. Məsələn, əgər ər-arvad arasında fikir ayrılığı zamanı ər öz arvadına "Valideynləringilə get" və ya "mən səninlə ünsiyyətdə olmaq istəmirəm" deyirsə, belə hallarda ər məhz boşanmanı nəzərdə tutduğunu izah etməyincə, boşanma baş vermir. Əgər onun bu zaman arvadından boşanmaq niyyəti vardısa, onda şərhlər artıqdır və boşanma həqiqidir, əgər o istəyirdisə ki, onlar sakitləşə və öz səhvlərini dərk edə bilməkləri üçün bir müddət ayrı yaşasınlar, onda bu, boşanma hesab edilmir. Beləliklə, əksər müsəlman hüquqşünaslarının fikrincə, nikah pozulduğu zaman deyilməli olan xüsusi ifadələr mövcud deyil. Həmçinin bilmək vacibdir ki, əksər hüquqşünasların fikrincə, boşanma zamanı şahidlərin olması tələb olunmur, hərçənd ki, nikah bağlanılan zaman iki şahidin olması mütləq tələbdir. | |||
{{Литература}} | {{Литература}} | ||
Версия от 07:32, 30 января 2018
| по-арабски | |
| категория | брак |
| синонимы | таляк |
| упоминание в Коране | 2:227-241; 33:49; 65:1; 66:5. |
Boşanma (ər. ُالطَّلَاق — ət-tələkü) — nikahın pozulması. İslam ər-arvad arasında münasibətlərdə qarşılıqlı hörmətə, qayğıya, səbirə və ədalətə çağırır. Ancaq bəzən elə alınır ki, ailədə fikir ayrılıqlarının həlli üçün boşanmadan başqa yol qalmır. Buna görə də bəzi hallarda ailədə yaranmış vəziyyətdən yeganə mümkün olan və ədalətli çıxış yalnız nikahın pozulması olur. İslam boşanmanı təqdir etmir, ancaq ona qəti qadağa da qoymur. Demək olar ki, İslamda boşanma qayda deyil, daha çox — ondan istisnadır.
Quranda
Quranda boşanmanı dörd növə ayırmaq olar: iki birbaşa boşanma forması — tələk və tələk iftidat (ödəmə) [2:229] və boşanmaya gətirən iki prosedur — ilə ( və ya zihər)[2:226-227], [58:2-4] və li'an [24:6-9][1]
Boşanmanın əsas müddəaları ət-Tələk ("Boşanma") surəsinin əvvəlində qeyd olunur:
Ey Peyğəmbər! Qadınları boşadığınız zaman onları gözləmə müddətlərində boşayın, gözləmə müddətini hesablayın və Rəbbiniz olan Allahdan qorxun. Onları, açıq-aşkar zinakarlıq etmələri istisna olmaqla, öz evlərinizdən qovub çıxartmayın və onlar özləri də çıxmasınlar. Bu, Allahın hüdudlarıdır. Allahın qoyduğu hüdudları aşan kimsə özünə zülm etmiş olar. Sən bilmirsən, ola bilsin ki, Allah bundan sonra başqa bir hökm versin. (Gözləmə) vaxtı bitdikdə onları (şəriətə) müvafiq olaraq saxlayın və yaxud onlardan müvafiq qaydada ayrılın. Aranızdan iki ədalətli şahid çağırın və Allah üçün şahidlik edin. Allaha və Axirət gününə iman gətirənlərə verilən nəsihət budur. Allahdan qorxana, (Allah) çıxış yolu göstərər
və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər. Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü qoymuşdur.
Heyzdən kəsilmiş (yaşlı) qadınlarınızın (iddəsi barəsində) şübhəniz varsa, onların, eləcə də hələ heyz görməmiş qızların gözləmə müddəti üç aydır. Hamilə qadınların gözləmə müddəti isə onlar hamiləlikdən azad olana qədərdir. Kim Allahdan qorxarsa, (Allah) onun işini asanlaşdırar.
Bu, Allahın sizə nazil etdiyi əmridir. Kim Allahdan qorxarsa, (Allah )onun (günahlarından) keçər və onun mükafatını artırar.
Onlara (gözləmə müddətləri başa çatanadək) imkanınız daxilində öz yaşadığınız yerdə qalmağa yer verin. Sıxışdırmaq məqsədilə onlara zərər yetirməyin. Əgər onlar hamilədirlərsə, hamiləlikdən azad olana qədər onlara (malınızdan) xərcləyin. Sizin üçün uşaq əmizdirirlərsə, onların haqqını verin. Öz aranızda xoşluqla razılığa gəlin. Bir-birinizi çətinliyə salsanız, uşağı əmizdirməyi başqa bir qadına həvalə edin.
Var-dövlət sahibi öz varına görə xərcləsin. İmkanı az olan isə Allahın ona verdiyindən xərcləsin. Allah heç kəsin üzərinə Özünün ona verdiyi (nemətdən) artıq yük qoymaz. Allah hər bir çətinlikdən sonra asanlıq verir [65:1-7]
Boşanma haqqında stereotiplər
Bəzi insanlar güman etməyə meyllidir ki, İslamda boşanma kişinin müstəsna hüququdur, qadın isə heç bir halda boşanma tələb edə bilməz. Başqaları düşünürlər ki, müsəlmanlar addımbaşı boşanır və arvadlarını “əlcək kimi" dəyişirlər. İnsanların üçüncü qismi, təəssüf ki, hesab etməyə meyllidir ki, ər necə və nə vaxt istəsə, öz arvadından boşanmağa haqqı var. Həmçinin, cahillikdən, bəzi boşananlar boşanmadan sonra bir-birinə qarşı amansız düşmən kəsilirlər, keçmiş ər-arvadın ailələri isə bir-birinə açıq-aydın nifrət etməyə başlayır. Boşanma və onun nəticələri haqqında bütün bu və digər yanlış təsəvvürləri nəzərə alaraq, İslamda nikahın pozulmasıyla bağlı ən əhəmiyyətli nüanslara qısaca toxunacağıq.
Boşanma İslamın normalarına uyğun olmalıdır
Anlamaq lazımdır ki, İslamda boşanma, eynilə evlənmə (nikah) kimi, dinin bir hissəsidir. Və əgər insan arzu edirsə ki, onun boşanması İslam nöqteyi-nəzərindən həqiqi olsun, o zaman o, İslamın bu əmələ təqdim etdiyi müvafiq tələbləri yerinə yetirməlidir. Bir çox müsəlmanlar ailə qurmaq məsələsinə son dərəcə ciddi yanaşır və çalışırlar ki, hər şey İslam qanunlarına uyğun olsun, ancaq boşanma zamanı hər kəs öz forma və modellərini kəşf edir ki, onların əksəriyyəti İslamın tələblərinə zidd olur.
Onu yadda saxlamaq lazımdır ki, Quranda Uca Allah Məhəmməd peyğəmbərə ﷺ və onun ardınca bütün möminlərə buyurmuşdur ki, yalnız müəyyən şərtləri nəzərə alaraq öz arvadlarından boşansınlar. Quranda deyilmişdir:
Ey Peyğəmbər! Qadınları boşadığınız zaman onları gözləmə müddətlərində boşayın, gözləmə müddətini hesablayın və Rəbbiniz olan Allahdan qorxun [65:1]
Buna görə yadda saxlamaq lazımdır ki, İslamda boşanma eynilə evlənmə kimi İslamın bir hissəsidir, və onların ikisi də dinlə birbaşa bağlıdır. Və boşanma zamanı İslamın hər hansı tələblərinin pozulması eynilə ailə qurduqda İslam tələblərinin pozulması kimi günahdır və Rəbbin sözündən çıxmaq deməkdir.
Tutumlu səbəb olmadan boşanma İslama ziddir
İslamda boşanma qanuniləşmiş addımdır, ancaq bu addımı tutumlu səbəb olmadan atmaq pislənilir. Boşanma nəinki ər-arvad üçün və onların uşaqları varsa, uşaqları üçün şəxsi faciədir, o, hətta ər-arvadın yaxın qohumlarının və dostlarının hislərinə ciddi toxunur. Bunları nəzərə alaraq, İslam səbəbsiz boşanmanı qınayır. Peyğəmbər ﷺ demişdir: "Nə özünüzə, nə başqalara ziyan vurmayın" [2][3][4]. Buna görə boşanmazdan əvvəl İslam ər-arvaddan və cəmiyyətdən ailənin qorunub saxlanılması üçün müəyyən profilaktik tədbirlərin görülməsini tələb edir və ailə dağılmasın deyə onun daxilindəki münaqişənin nizama salınması üçün bütün vasitələrdən istifadə edildiyinə əmin olmağı xahiş edir. Ər-arvadın öz aralarında ümumi dil tapmaq cəhdindən tutmuş, onların qohumlarından və ya etibar etdikləri şəxslərdən ibarət arbitraj hakimlərinin müdaxiləsinədək, qəti ölçülər götürülmədən problemi həll etməyə çalışmaq lazımdır. Quranda Uca Allah buyurur:
Onlarla xoş rəftar edin. Əgər onlar xoşunuza gəlmirsə, ola bilsin ki, xoşla-madığınız bir şeydə Allah sizə çoxlu xeyir nəsib etmiş olsun. [4:19]
.
Həmçinin Quranda deyilir:
Əgər ər-arvad arasında ixtilaf olacağından qorxsanız, onda kişinin ailəsindən bir hakim və qadının ailəsindən bir hakim göndərin. Əgər bunlar islah etmək istəsələr, Allah da onları barışdırar. [4:35]
. Lakin əgər heç nə etmək olmursa və ailə münasibətlərində problemlər qar topası kimi ancaq artırsa, yalnız bu halda boşanma qanuniləşmiş olacaq. Quranda Uca Allah buyurur:
Əgər (ər-arvad) ayrılsalar, Allah hər birini Öz lütfündən zəngin edər. Allah (hərşeyi) Əhatəedəndir, Müdrikdir [4:130]
. Beləliklə, İslamda boşanma qanuniləşdirilmişdir, ancaq ona yalnız qaçılmaz halda, ailədə problemlərin və fikir ayrılıqlarının həlli üçün məcburi ölçü kimi, əl atırlar.
Boşanma kim tərəfdən həyata keçirilə bilər?
Əsasən ər boşayır və əgər o, öz arvadını boşamaq istəyirsə, o, əmək qabiliyyətli olmalı və yalnız öz iradəsi ilə boşanmalıdır, ancaq Hənəfiyyə məzhəbinə əsasən, məcburi boşanma həqiqi hesab edilir. Ehtiyac olduqda arvad həmçinin boşanmaq haqqında təşəbbüs irəli sürə bilər, hakim isə bu məsələnin həllində ona kömək etməlidir. Peyğəmbərin ﷺ hədisində deyilir: "Boşamaq hüququ yalnız ərə məxsusdur". Bu o deməkdir ki, Rəbbin ər-arvad arasında vəzifələri bölüşdürdüyü ailə ittifaqı çərçivəsində boşanma qərarını qəbul etmək məhz ərin üstünlük hüququdur. Və bununla mübahisə etmək olmaz, axı fizioloji xüsusiyyətlərə görə kişi və qadın bir-birindən fərqlənirlər. Belə fərqlərdən biri ibarətdir ki, adətən, qərar qəbul edilən məqamda kişi vəziyyəti daha real qiymətləndirir, nəyin ki qadın.
Qadın adətən hisslərə qapılır, kişi isə daha çox nəticəni düşünür. Gələcəkdə isə ailənin olub-olmaması barədə qərar taleyüklü qərarlardan biridir ki, onu ailə başçısı olaraq kişi qəbul edir. Bundan başqa, nəzərə alsaq ki, ailə qurmaqla bağlı bütün xərclər yalnız kişinin üzərinə düşür, o zaman, imkan varsa, ailəni qoruyub saxlamaqda o, başqalarından daha çox maraqlı olur. Ancaq, təəssüf ki, belə hallar da olur ki, ər maddi və ya cinsi xarakterli ər-arvadlıq vəzifələrini yerinə yetirmir. Belə hallarda arvad hakimə müraciət edə bilər ki, o, əri öz vəzifələrini yerinə yetirməyə və ya boşanmağa məcbur etsin. Ancaq əgər ər yaxşılığa doğru dəyişmirsə və arvadı boşamırsa, o zaman hakim İslam adından onları boşaya bilər. Bütün bunlar arvadın təşəbbüsü ilə olur. Beləliklə, boşanmanı ər elan edir, ancaq bəzi hallarda arvadın tələbi ilə müsəlman hakimi onların boşanmasını elan edə bilər. Əgər ər kimisə öz nümayəndəsi təyin edərsə, o zaman o da həmçinin ərin adından onun arvadını boşaya bilər. Həmçinin boşanma yazılı formada həqiqidir, o şərtlə ki, kişi məhz öz arvadına boşanma məktubunu ünvanlasın və onun xətti aydın olsun. Əgər ki, ər danışa və ya yaza bilmirsə, o zaman onlara jest dilində elan edilmiş boşanma həqiqi hesab ediləcək.
Arvadın təşəbbüsü ilə boşanma
Arvadın təşəbbüsü ilə boşanma növü əl-xül adlanır. Bu növ boşanma nəzərdə tutur ki, arvad, hətta öz vəzifələrini yerinə yetirən ərlə yaşamaq istəmirsə, müəyyən hallarda boşanmağı tələb edə bilər. Ancaq, yenə də, ər boşadığı hallarda olduğu kimi, boşanmağı tələb edən qadının da buna tutumlu səbəbləri olmalıdır. Ərin xasiyyəti pis olduğuna və s.-ə görə ona qarşı duyulan ikrah hissi bu səbəblərə aiddir. Əgər arvad boşanmağı tələb edirsə, o zaman o, ərinə ondan aldığı toy hədiyyəsini (məhr) qaytarmalı və ya ikitərəfli razılıqla təyin edilmiş pul məbləğini ödəməlidir. Məhrin qaytarılması və ya danışılmış əmlakın ödənilməsi ona başqa qadınla evlənmək imkanı verəcək. Bundan sonra ər onunla mütləq boşanmalıdır. Bu məsələ üzrə fikir ayrılığı yarandığı halda onların ikisi də hakimə müraciət edə bilər. Yuxarıda göstəriləndən çıxarılan nəticə ondanibarətdir ki, İslamda boşanmaqda üstünlük hüququ ərə məxsusdur, ancaq yuxarıda göstərilən halların təhlili zamanı göründüyü kimi, bu heç də o demək deyil ki, qadın boşanma haqqında təşəbbüs irəli sürə bilməz. Həmçinin biz öyrəndik ki, müsəlman hakimi qadının xahişi ilə və buna tutumlu səbəb olduğu halda onun əriylə nikahını poza bilər.
Boşanmanın elanolunma vaxtı
Boşanmanı yalnız müəyyən vaxtda həyata keçirmək lazımdır və əgər müsəlman bu qaydanı pozarsa, o, yenilik etmiş günahkar hesab edilər, ancaq belə boşanma, əksər müsəlman hüquqşünaslarının fikrincə, yenə də həqiqi hesab olunar. Daha öncə deyildi ki, İslamda boşanma dini normadır və kim onu icra etmək istəsə, mütləq bu məsələdə İslamın buyurduqlarına riayət etməlidir. Quranda Uca Allah buyurur:
Ey Peyğəmbər! Qadınları boşadığınız zaman onları gözləmə müddətlərində boşayın, gözləmə müddətini hesablayın və Rəbbiniz olan Allahdan qorxun [65:1]
. İmam İbn Kasir Quranı izah etdiyi məlum əsərində yazmışdır ki, müsəlman alimləri bu ayədə "müəyyən edilmiş müddət" ifadəsini "təmiz dövr" kimi anlayırdılar ki, bu vaxt ərzində qadın öz əriylə yaxınlıq etməmiş olsun (yəni ər-arvad arasında cinsi yaxınlıq olmadığı iki aybaşı arasındakı müddət). Cox tez-tez eşitməli oluruq ki, bir çox müasir müsəlmanlar münaqişələrdən və ya problemlər yarandıqdan dərhal sonra, vaxtı və digər şərtləri nəzərə almadan, öz ər və arvadlarından boşanırlar. Yuxarıda göstərilən Quran ayəsi onu göstərir ki, belə boşanma günahdır və yenilikdir. Beləliklə, İslam qaydalarına uyğun olaraq, boşanma yalnız ər-arvad arasında yaxınlıq olmamış "təmiz dövr"də icra olunmalıdır. Başqa cür boşanma yenilik və günah hesab ediləcək, ancaq əksər hüquqşünasların fikrincə bu boşanma hüquqi qüvvəyə malik olacaq.
Boşanmanın elanolunma qaydası
İslama əsasən, ərə öz arvadıyla üç dəfə boşanmaq hüququ verilir, ancaq İslam ona bir dəfəyə bir dəfədən artıq boşanmağı qadağan edir. Üçüncü son boşanmanı elan etdikdən sonra ər-arvad yenidən nikahda birləşə bilməz, hələ ki boşanmış qadın başqa adama ərə getməmiş və onunla tam ər-arvadlıq münasibətlərində yaşamamışdır. Əgər bundan sonra o qadın öz ərindən boşansa və ya dul qalsa, o zaman o, əvvəl onunla evli olmuş kişi ilə yenidən nikah bağlaya bilər. Quranda deyilir:
Əgər onu (üçüncü dəfə) boşayarsa, bundan sonra o (qadın) başqa bir kişiyə ərə getməyincə ona (əvvəlki ərinə) halal olmaz. Əgər (sonrakı əri) onu boşasa, Allahın hədlərini yerinə yetirəcəklərini güman etdikləri təqdirdə (yenidən) əlaqə qurmalarında ikisinə də heç bir günah yoxdur. Bunlar Allahın hədləridir, onları anlayan adamlara bəyan edir [2:230]
. Buna görə də addımbaşı boşanmaq qətiyyən olmaz, necə ki bizim dövrdə bəzi cahil kişilər edir. Onların çoxu üçün, vaxtı nəzərə almadan, bir dəfəyə və ya dalbadal üç dəfə boşanmaq az qala qəhrəmanlıq olub, hətta elələri rast gəlir ki, onlar İslama görə, başqa cür deyil, məhz bu qaydada boşanmaq lazım olduğunu hesab edir.
Uca Allah Quranda buyurur:
Boşanma iki dəfə (olar). Bundan sonra (qadını şəriətə) müvafiq qayda üzrə saxlamaq, yaxud xoşluqla buraxmaq gərəkdir [2:229]
. Alimlər deyirlər ki, əgər bir dəfəyə üç dəfə boşanmaq mümkün olsaydı, o zaman Uca Allah boşanmaların miqdarını üç ayrı-ayrı boşanma olaraq dəqiqləşdirməzdi. Müsəlman alimləri o fikirdə yekdildirlər ki, bir "təmiz dövr" ərzində iki və ya üç dəfə dalbadal boşanmaq qəti surətdə qadağan edilir, necə ki, ər-arvad yaxınlıq etmiş aybaşı və "təmiz dövr" ərzində qadağan olduğu kimi. Bir "təmiz dövr” ərzində bir dəfədən artıq boşanmağın qadağan edilməsi İslamın ər-arvad arasında barışıq üçün şanslar saxlamaq niyyəti ilə bağlıdır, çünki iki dəfə dalbadal boşandıqda bu şanslar azalır, üç dəfə boşanma isə ər-arvadı ailəsini tamamilə dağılmadan xilas etmək imkanından qətiyyən məhrum edir.
Əksər hüquqşünasların fikrincə, boşanmadan sonra arvad boşanma sözləri deyildikdən etibarən üç ay ərzində ər evində qalmalıdır. Qadına başqa adama ərə getməyi qadağan edilən boşanmadan sonrakı bu dövr idda adlanır. Şafi məzhəbi hüquqşünaslarının fikrincə, idda üç "təmiz dövr" bitdikdən sonra başa çatır. Hənafi məzhəbinə aid alimlərin fikrincə isə, idda zamanı həmçinin, üç "təmiz dövr" ərzində, hər aybaşıdan sonra bir dəfə boşanmağa icazə verilir ki, bu da cəmdə üç boşanma təşkil edir. Qeyd etmək vacibdir ki, hamilə qadının iddası uşağın doğulmasına qədər davam edir, ər öldüyü halda isə dul qadının iddası dörd ay və on gün təşkil edir.
İfadə tərzləri nəzərilə boşanmanın növləri
İslamda boşanma açıq (sərih) və metaforik (kinayə) olur. Bir çox müsəlmanlar boşanma zamanı istifadə edilən kəlmələr haqqında suallarla daim müraciət edirlər. Bəziləri ər-arvad arasında istənilən davanın boşanma olduğunu düşündüyü zaman, başqaları yenə də ümid edirlər ki, ailəni qoruyub saxlamaq imkanı boşanma zamanı onların deyəcəyi sözlərdən asılı olacaq. Həm onlara, həm o birilərinə kömək etmək üçün, müsəlmanların diqqətini ona yönəltmək istəyirik ki, ər-arvad arasında fikir ayrılıqları zamanı istifadə edilmiş sözlərdən, həqiqətən, çox şey asılıdır. Əgər bu yalnız boşanmaya yönəlik sözlər idisə, bu halda boşanma həqiqidir. Ərin öz arvadından birmənalı olaraq boşanmaq istədiyini bildirən sözlər açıq (sərih) adlanırlar. Bu sözlərə "boşanma" sözü və onunla bağlı feillər aiddir, necə ki "mən səndən boşandım", "sən boşanmısan". Bundan yalnız o hallar istisnadır ki, ər ağlı başından çıxmış olsun və ya onun həyatı üçün real təhlükə olsun.
Əgər ər boşanmaya və başqa nəyəsə yönəlmiş sözlərdən istifadə etmişdirsə, o zaman boşanma yalnız o halda həqiqi olar ki, ərin arvadından boşanmaq niyyəti olsun. Boşanmanın belə forması metafora (kinayə) adlanır və yalnız boşanmaq niyyəti olduğu halda həqiqidir. Məsələn, əgər ər-arvad arasında fikir ayrılığı zamanı ər öz arvadına "Valideynləringilə get" və ya "mən səninlə ünsiyyətdə olmaq istəmirəm" deyirsə, belə hallarda ər məhz boşanmanı nəzərdə tutduğunu izah etməyincə, boşanma baş vermir. Əgər onun bu zaman arvadından boşanmaq niyyəti vardısa, onda şərhlər artıqdır və boşanma həqiqidir, əgər o istəyirdisə ki, onlar sakitləşə və öz səhvlərini dərk edə bilməkləri üçün bir müddət ayrı yaşasınlar, onda bu, boşanma hesab edilmir. Beləliklə, əksər müsəlman hüquqşünaslarının fikrincə, nikah pozulduğu zaman deyilməli olan xüsusi ifadələr mövcud deyil. Həmçinin bilmək vacibdir ki, əksər hüquqşünasların fikrincə, boşanma zamanı şahidlərin olması tələb olunmur, hərçənd ki, nikah bağlanılan zaman iki şahidin olması mütləq tələbdir.
Qeydlər
Ədəbiyyat
- İstifadə edilən ədəbiyyat
- Motzki, Harald, Marriage and Divorce // Encyclopaedia of the Qurʾān. — Leiden : E. J. Brill, 2003. — Vol. 3 (J—O). — P. 276.
- Дополнительная литература
- Kohn, S., Die Eheschließung im Koran. — London, 1934.
- Marriage and Divorce // Integrated Encyclopedia of the Qurʾān. — Sherwood Park: CIS. — Vol. 4 (I—O).
- Schacht, J. and Layish, A., Ṭalāḳ // Encyclopaedia of Islam, Second Edition. — Leiden : E. J. Brill, 2000. — Vol. 10 (Tā'—U).
- Stern, G.H., Marriage in early Islam. — London, 1939.
Məqalə haqqında məlumat
- Müəllif: д-р ислам. наук Гасанов, М. Ш.; E-mail: feedback@quranacademy.org.
- Biblioqrafik istinad: Boşanma [Elektron resurs] // QuranAcademy.org: Quran Akademiyası. 2016—2018 il.
- URL: http://az.quranacademy.org/encyclopedia/article/Talaq
- İlk dərc edilməsi tarixi: 28 ноября 2017 il.
Ссылки: Цитаты / Просмотр (адм) / Википедия / Integrated EQ / Brill: 1-st, 2-nd, EQ / Али-заде, А. Мета-теги: / Google / Яндекс : |