Şirk: различия между версиями

Материал из Академия Корана
Перейти к навигации Перейти к поиску
Нет описания правки
Нет описания правки
Строка 54: Строка 54:
Kiçik şirk həmçinin günahdır, ancaq böyük şirkdən fərqli olaraq, o, dindən kənarlaşdırmır. Ancaq yekunda kiçik şirk böyük şirkə gətirib çıxara bildiyi üçün, bu günah şirkin bir növü oldu. Bu səbəbdən kiçik şirk İslamda ağır günahlardan biri hesab edilir. Onu da yadda saxlamaq lazımdır ki, böyük şirk bütün xoş əməllərin heç edilməsinə səbəb olur, bundan fərqli olaraq, kiçik şirk yalnız bu günahla bağlı olan əməli heç edir.
Kiçik şirk həmçinin günahdır, ancaq böyük şirkdən fərqli olaraq, o, dindən kənarlaşdırmır. Ancaq yekunda kiçik şirk böyük şirkə gətirib çıxara bildiyi üçün, bu günah şirkin bir növü oldu. Bu səbəbdən kiçik şirk İslamda ağır günahlardan biri hesab edilir. Onu da yadda saxlamaq lazımdır ki, böyük şirk bütün xoş əməllərin heç edilməsinə səbəb olur, bundan fərqli olaraq, kiçik şirk yalnız bu günahla bağlı olan əməli heç edir.


;Böyük şirin formaları
;Böyük şirkin formaları
Təəssüf ki, böyük şirk (şirk əkbər) Allaha müxtəlif cür şərikqoşma formalarına malikdir:
Təəssüf ki, böyük şirk (şirk əkbər) Allaha müxtəlif cür şərikqoşma formalarına malikdir:



Версия от 07:45, 5 января 2018

Многобожие
ərəbcə
الشرك
kategoriya küfr
sinonimlər politeizm, şirk
Quranda
4:48; 6:64; 7:33, 173; 11:101; 15:96; 16:86; 17:22, 39; 21:24, 29; 22:31; 25:55; 31:13; 34:33; 35:40; 39:45; 109:3


Şirk(ər. ُاَلشِّرْك — əş-Şirkü‎) — Uca Allaha şərikqoşma, həmçinin Allahla yanaşı kiməsə və ya nəyəsə - daşa, insana, günəşə, aya, peyğəmbərə, cinə, ulduza, mələyə və s.-ə sitayişetmə, halbuki yalnız O, Yaradandır. “Şirk” sözünün leksik mənası — "iki nəfərin nəyəsə yiyəliketmə və ya nəyisə idarəetmə hüququnda iştirak etməsi"dir. Şirk şəriətdə "yalnız Allaha məxsus olub yalnız Onun layiq olduğunda Ona kimisə və ya nəyisə şərikqoşma" deməkdir. "Şirk" İslamda ən böyük günahdır. Allaha şərik qoşub müşrik kimi dünyasını dəyişmiş kəs Cəhənnəmə düşəcək. [1] O kəs ki, Allaha inanıb, mömin kimi dünyasını dəyişir, o, Cənnətə girəcək, hətta öz günahlarına görə cəza çəkməli olsa belə. [2]


Yer üzündə politeizmin yaranma tarixi

İslam mənbələrinə görə, ilk dəfə şirk Nuh peyğəmbərin camaatı arasında yaranıb. Peyğəmbərin sahbəsi İbn Abbas tərəfindən bildirilir ki, Nuhla Adəmin arasında on yüzillik zaman fərqi var idi. Bu zaman ərzində insanlar həqiqi Təkallahlılıqda idilər, ancaq bundan sonra iblis onları yoldan çıxardı və Yer üzündə bütpəsəliyin birinci təzahürləri yarandı.

Əl-Buxarinin qeyd etdiyi rəvayətdə Vadd, Suva, Yəğus, Yəuq və Nəsr adlı mömin adamlardan bəhs olunur. Onlar öləndə, şeytan insanlara bu sözlərlə müraciət etdi: "Onlara abidələr ucaldın, axı onlar böyük insanlar olub. Siz pis iş tutanda, onlar sizi dayandırmış, yaxşılığa çağırırmışlar. Onlara abidələr ucaldın ki, bu abidələri görəndə, siz onların mömin olduqlarını yada salasınız və onlara oxşamağa çalışasınız". Və insanlar onlara abidələr ucaltdı. İllər keçdi, yüzilliklər ötdü. Bu insanlara nə üçün abidələr qoyulduğunu bilən kəslər öldü. Və yenidən şeytan insanlara müraciət etdi: "Həqiqətən, bu abidələr sizin atalarınızın illahları idi, atalarınızın dinindən dönməyin, onlara atalarınız sitayiş etdiyi kimi sitayiş edin". Və insanlar bu abidələrə sitayiş etməyə başladılar. Və Allah bu insanları şirkin qaranlığından təkallahlılığın işığına çıxarmaq istədi. O, onlara Nuhu (мир ему) göndərdi və Nuh (мир ему) onları bütlərdən əl çəkməyə və yalnız Allaha ibadət etməyə çağırırdı. O, buna gecə və gündüz, gizlində və aşkarda çağırırdı. Ancaq onlar sözə baxmadılar, təkəbbürləndilər və dedilər: « Öz məbudlarınızı tərk etməyin; Vəddi, Suvaı, Yəğusu, Yəuqu və Nəsri tərk etməyin! [71:23] » Və Nuh (мир ему) Rəbbi çağırdı: « Ey Rəbbim, kafirlərdən yer üzündə bir nəfəri belə sağ qoyma! [71:26] » Və Allah Nuhun (мир ему) çağırışına cavab verdi. Allah iman gətirməyənləri məhv etdi [11:40-44]

Daha sonra tarix boyunca çoxallahlılıq müxtəlif yerlərdə yenidən meydana gəlirdi. Və İbrahimin (Avraam) (мир ему) camaatı bundan qaça bilmədi. Onlar bütlərə, planetlərə, aya, günəşə sitayiş etməyə başladılar. Allahın onlara rəhmi gəldi və O, mömin nəsil (xələflər) bəxş etdiyi İbrahimi (мир ему) onlara göndərdi. Axı sonrakı bütün peyğəmbərlər və elçilər İbrahimin oğlu İshaqdan (İsaak) (мир ему) törəmişlər. İbrahimin ikinci oğlu İsmayılın (İzmail) (мир ему) nəslindən isə Allah elçilərindən ən yaxşısını - Məhəmməd peyğəmbəri ﷺ yetirdi.

Politeizm ərəblərə çatdı, buna səbəbkar 'Əmr ibn Luhay əl-Huza'i adlı bir adam oldu. Əbu Hurayra söyləyirdi ki, Allahın Elçisi ﷺ dedi: "Mən 'Əmr ibn Luhay əl-Huza'ini odun içində öz bağırsaqlarını sürüyən gördüm". [3] Allahın Elçisi ﷺ həmçinin dedi: "O, İbrahimin dinini dəyişən birinci kəs oldu" [4]. O, Ərəb yarımadasına bütləri gətirən birinci adam oldu. Bundan sonra bütlər daha da çoxaldı. Onları Kəəbənin ətrafında, onun yanında və içərisində qurmağa başladılar. İnsanlar Təkallahlılığı tamamilə tərk etdi və daşlara sitayiş etməyə keçdilər. Əbu Rac' əl-'Ataridi söyləmişdi: "Cahiliyyə dövründə biz daşlara sitayiş edirdik. Əgər biz birincidən daha yaxşı daş tapırdıqsa, o zaman köhnə daşı qoyub yenisinə sitayiş etməyə başlayırdıq. Əgər ümumiyyətlə daş yox idisə, o zaman biz qumdan təpə düzəldir, qoyunu gətirib bu təpənin üzərinə sağırdıq. Bundan sonra bu təpənin ətrafında dövrə vururduq (tavaf)" [5]. Və Allah o dövrün insanlarını düz yola çəkmək istəyəndə, O, onlara Məhəmməd peyğəmbəri ﷺ göndərdi ki, o, çağırış etsin: "Tək bir Allaha ibadət edin, sizin (sitayiş etməyinizə layiq olan) başqa bir ilahiniz yoxdur. Axı yalnız O, sitayişə layiqdir. Sizin sitayiş etdiyiniz şey isə eşitmir və görmür və heç nə ilə kömək edə bilmir". Və insanların arasında elələri oldu ki, təkəbbürləndi və qulaq asmayıb dedi: « O, bütün məbudları bir məbudmu etdi? Həqiqətən, bu, əcaib bir şeydir' [38:5] ». Sonra Allahın Elçisinin ﷺ və onun sahabələrinin çağırışına hər cür mane olmağa başladılar. Ancaq bu, Məkkə bütpərəstlərinə və onları dəstəkləyənlərə heç nə vermədi, əksinə sahabələr imanın dadını bildilər, öz dinində daha da səmimi oldular.


Bütpərəstliyin qadağası haqqında Quranda deyilənlər

Quranda bütpərəstliyin qadağan olunması haqqında xeyli məlumat mövcuddur, budur onlardan bəziləri:

  • « Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa (günahları) isə dilədiyi kimsəyə bağışlayar. Allaha şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur. [4:48] »;
  • « 'Şübhəsiz ki, Allah Mər-yəm oğlu Məsihdir'– deyənlər artıq kafir oldular. Məsih isə demişdir: 'Ey İsrail oğulları! Rəbbim və Rəbbiniz olan Allaha ibadət edin! Həqiqətən də, Allaha şərik qoşan kimsəyə, Allah Cənnəti haram etmiş və onun sığınacağı yer Oddur. Zalımlara kömək edən olmayacaqdır. [5:72] »;
  • « Bir zaman Loğman öz oğluna nəsihət edərək demişdi: 'Oğlum! (Allaha) şərik qoşma. Həqiqətən, Allaha şərik qoşmaq böyük zülmdür!. [31:13] ».


Bütpərəstliyin qadağası haqqında hədislər

Məhəmməd Peyğəmbər ﷺ dedi: "Sizə ən böyük günah haqqında danışımmı? Bu, Allaha şərik qoşmaqdır!" [6][7]. Həmçinin Peyğəmbər ﷺ dedi: "Yeddi məhvedici günahdan qorunun" və onların sırasında şirki qeyd etdi. [6][7]. Peyğəmbərin ﷺ də şirki pisləyən xeyli hədisləri var.


Şirk və onun növləri haqqında

"Bütpərəstlik" (şirk) "təkallahlılıq" (tövhid) sözünün antonimidir, necə ki, "imansızlıq" (kufr) sözü "inam" (İman) sözünün antonimidir. Şirk iki növə ayrılır: böyük şirk (şirk əkbər) və kiçik şirk (şirk asqar). Növünü dəqiqləşdirmədən şirkdən danışanda, adətən, böyük şirki nəzərdə tuturlar.

Böyük şirk ən ağır günahdır ki, ona görə insan əbədi olaraq Cəhənnəmdə yanacaq. Quranda deyilir: « Şübhəsiz ki, Allah Ona şərik qoşmağı bağışlamayacaq. Bundan başqa olan (günahları )isə istədiyi kimsəyə bağışlayacaqdır. Allaha şərik qoşan şəxs əlbəttə ki, dərin bir azğınlığa düşmüşdür. [4:116] ».

Uca Allah insanı yaratdı, Öz mərhəmətinin müxtəlif növləriylə, yəni ağıl, görmə, eşitmə qabiliyyəti, sağlamlıq, danışmaq, fikrini ifadə etmək bacarığı və s.-lə onu zənginləşdirdi. Uca Allah insanı ətraf mühitin gözəlliyi və faydaları ilə əhatəyə aldı. O, insana onu sevən və onun sevdiyi qohumları, yaxın dostları, əmlakı və yaratmaq imkanını bəxş etdi. Müsəlman bunun üçün Uca Allaha şükr edir və yalnız Ona ibadət edir, ancaq müşrik bütün bu nemətlərdən istifadə edir , ancaq Mərhəmətli Allahı tanımaq, Ona şükr etmək və yalnız Ona ibadət etmək əvəzinə Ona şərik qoşur.

Kiçik şirk həmçinin günahdır, ancaq böyük şirkdən fərqli olaraq, o, dindən kənarlaşdırmır. Ancaq yekunda kiçik şirk böyük şirkə gətirib çıxara bildiyi üçün, bu günah şirkin bir növü oldu. Bu səbəbdən kiçik şirk İslamda ağır günahlardan biri hesab edilir. Onu da yadda saxlamaq lazımdır ki, böyük şirk bütün xoş əməllərin heç edilməsinə səbəb olur, bundan fərqli olaraq, kiçik şirk yalnız bu günahla bağlı olan əməli heç edir.

Böyük şirkin formaları

Təəssüf ki, böyük şirk (şirk əkbər) Allaha müxtəlif cür şərikqoşma formalarına malikdir:

  • Şirkin formalarından birinə xas olan cəhət Rəbbin xüsusiyyətlərinin Allahdan qeyrisinə aid edilməsidir. Şirkin bu cür formasının bir nümunəsi Qüdrətli Allahdan başqa kiminsə (və ya nəyinsə) diriltmək və ya öldürmək, yaratmaq və ya yaşatmaq, xeyir vermək və ya ziyan yetirmək bacarığına insanı inandırmaqdan ibarətdir.
  • Şirkin digər formasına elə hallar aiddir ki, insan Uca Allahın gözəl adlarında və ya mükəmməl keyfiyyətlərində kimisə (və ya nəyisə) Ona şərik qoşur. Allahın Adlarından birinin, məsələn Əl-Alim ("Hər şeyi bilən") Adının Onun yaratdıqlarının birinə verilməsi və bu Ada yalnız Uca Allaha məxsus mənanın verilməsi bu cür şirkin nümunəsi kimi xidmət edir. Belə şirkin başqa nümunəsi insanın o sözləridir ki: "Allahın səs duyumu Onun yaratdığı hər hansı kəsin səs duyumu ilə eynidir". Və ya, əksinə, əgər insan deyirsə ki, insanların keyfiyyətləri Allahın keyfiyyətlərinə bənzəyir, bu həmçinin şirkin belə formasına aiddir.
  • Lakin şirkin ən yayılmış forması ibadətdə Allaha şərik qoşmaqdır. Şirkin bu formasının qınanması bütün peyğəmbərlərin əsas vəzifələrindən biri idi. Hətta ərəb bütpərəstləri Allahı Rəbb kimi tanıyırdılar, amma Ona ilahiləşdirdiklərini şərik qoşurdular. Allahla yanaşı onlar bütlərə və daşlara sitayiş edir, onları Uca Allahla özləri arasında vasitəçi sayır və özlərini Allaha yaxınlaşdıran qüvvə hesab edirdilər. Allahdan başqa Günəşə, Aya, ulduzlara, insana, cinə, mələklərə, heyvanlarlara və ya daşlara sitayiş bütpərəstliyin belə formasının nümunələrinə aiddir. Bu cür yaranmışların adına duaların həsr edilməsi, oruc tutulması, and içilməsi, qurban verilməsi politeizmin təzahürləridir. Əgər insan kimisə Allah qədər ucaldırsa, ona Allaha ümid etdiyi qədər ümid bağlayırsa, ondan Allahdan qorxduğu qədər qorxursa, ona Allaha tabe olduğu kimi tabe olursa, onu Allahı sevdiyi qədər sevirsə, o zaman bu da şirkə gətirir və İslamdan ayırır. Əgər insan dua edərkən bu duanı qəbrə, daşa, ağaca həsr edirsə və ya onların ətrafında dövrə vurursa, onlara and içir və ya qurban verirsə, dualarında Allahdan qeyrisini çağırırsa, belə hərəkətlər həmçinin bütpərəstliyin təzahürü hesab edilir.



Kiçik şirkin formaları

Kiçik şirk (şirk asqar) həmçinin müxtəlif formalara malikdir. Kiçik şirkə elə günahlar aiddir ki, onlar bəzi ilkin İslam mənbələrində şirk adını alıb, ancaq bütovlükdə, İslamın bütün mətnləri nəzərə alındıqda, böyük şirkə aid deyillər. Bu cür əməlləri üç növə bölmək olar:

  1. Ürəkdə yol verilən kiçik şirk, yəni öz sözlərinə və ya əməllərinə görə hörmət, şöhrət və ya dünyəvi nemətlər əldə etmək niyyətini həyata keçirmə. Bu Allaha görə deyil, insanlara görə edilən əməldir və “riya” ("tamaşa") adlanır. Əgər riya edən kəs Allaha inanandırsa, o zaman o yenə də İslamın əhatəsindən çıxmış hesab olunmur, ancaq günahkar sayılır, amma əgər insan başqa insanları razı salmaq üçün xoş əməllər edirsə, ancaq ürəyində Allaha inam yoxdursa, o zaman bu, “nifak” ("ikiüzlülük") adlanır və belə insan imansız hesab edilir.
  2. Dildə edilən şirk kiçik şirkin ikinci formasıdır. Bu formaya Allahdan başqa kimin və ya nəyinsə adına and içmək aiddir, and içən kəsin sözləri belə olur: "çörəyə and içirəm", "valideynlərimin canına and içirəm", "öz uşaqlarımın canına and içirəm" və s. Şirkin bu növünə belə sözləri də aid etmək olar: "Bu, Allaha və sənə xoş gedər". Bunun yerinə belə demək lazımdır: "Bu Allaha, Allahdan sonra isə filan kəsə xoş gedər".
  3. Kiçik şirkin üçüncü formasına bəzi əməllərdə şirkin təzahürü aid edilir. Əgər insan əlində sap və ya boynunda daş, sümük yaxud muncuq dənələri şəklində talisman daşıyırsa və hesab edirsə ki, yalnız Allahın iznilə bu əşyalar hər hansı problemdən qurtulmağa və ya hansısa bir məqsədə nail olmağa kömək edir, bu hal bu cür şirkin nümunəsi kimi xidmət edir. Ancaq əgər o hesab edirsə ki, belə əşyalar Allahın izni olmadan da, yəni müstəqil şəkildə xeyir verə bilər, bu hal böyük şirkə gətirir.

Bəzi insanlar hesab edirlər ki, onların evdə və ya öz üzərlərinə asdıqları müəyyən əşyalar onları bəd nəzərdən qoruyur. Digərləri isə, məsələn, ticarətdə kiminsə əlinin yüngül olmasına və ya yolunu keçmiş qara pişiyin yaxud on üç rəqəminin hər hansı işin görülməsindən imtina səbəbi olmasına inananlar kimi, əlamətləri gözləyərək hər hansı əməlləri edir və ya onları etməkdən vaz keçirlər. Əgər insan hesab edirsə ki, Allahın iznilə hansısa əşyalar bəd nəzərdən qorunmağa kömək edir və ya hansısa əlamətlər nikbinlik və ya bədbinlik üçün əsasdır, o zaman bu, əməldə kiçik şirkə gətirir. Bunun səbəbi ondan ibarətdir ki, insan hər şeyin Allahın iznilə mümkün olduğunu hesab etsə də, yenə də ümidini bu əşyalara və ya əlamətlərə bağlayır və ya, əksinə, nədənsə ehtiyat edir, halbuki yalnız Allaha ümid etmək və yalnız Ondan qorxmaq lazımdır. Ancaq əgər o hesab edirsə ki, belə əşyalar və ya əlamətlər Allahın izni olmadan da ziyandan qurtara və ya ziyan vura bilər, o zaman bu, həmçinin böyük şirkə gətirir.


Qeydlər

  1. ↑ А. Али-заде, 2007.
  2. ↑ аз-Захаби Кабаир.
  3. ↑ al-Buhari as-Sahih. — № 3521.
  4. ↑ al-Buhari as-Sahih. — № 2580.
  5. ↑ al-Buhari as-Sahih. — № 4376.
  6. ↑ 6,0 6,1 al-Buhari as-Sahih.
  7. ↑ 7,0 7,1 Муслим ас-Сахих.

Ədəbiyyat

İstifadə edilən ədəbiyyat
  • Али-заде, А. А. Ширк // Исламский энциклопедический словарь. — М. : Ансар, 2007.
Дополнительная литература

Məqalə haqqında məlumat

  • Müəllif: д-р ислам. наук Гасанов, М. Ш.; E-mail: feedback@quranacademy.org.
  • Biblioqrafik istinad: Şirk [Elektron resurs] // QuranAcademy.org: Quran Akademiyası. 2016—2018 il.
  • URL: http://az.quranacademy.org/encyclopedia/article/Shirk
  • İlk dərc edilməsi tarixi: 11 июля 2017 il.
Основной автор этой статьи — участник MaxAK. Если вы хотите обсудить содержание статьи, то перейдите на страницу обсуждения статьи или на страницу обсуждения участника.

Ссылки: Цитаты / Просмотр (адм) / Википедия / Integrated EQ / Brill: 1-st, 2-nd / Ислам: ЭС / Али-заде, А.


Мета-теги:  / Google / Яндекс : Политеизм, безбожие, божественность, ширк