Yuxu: различия между версиями
Нет описания правки |
Нет описания правки |
||
| (не показана 1 промежуточная версия этого же участника) | |||
| Строка 80: | Строка 80: | ||
* Gəmi qurtuluş kimi yozulmalıdır, çünki Uca Allah buyurmuşdur: {{ЦК|…Biz onu və gəmidə olanları xilas edib bu möcüzə ilə aləmlərə ibrət dərsi verdik.…|29|15}}. | * Gəmi qurtuluş kimi yozulmalıdır, çünki Uca Allah buyurmuşdur: {{ЦК|…Biz onu və gəmidə olanları xilas edib bu möcüzə ilə aləmlərə ibrət dərsi verdik.…|29|15}}. | ||
* Ağac imanda münafiqlik kimi anlanıla bilər, çünki Allah buyurmuşdur: {{ЦК|…Halbuki, onlar (münafiqlər) (divara )söykədilmiş dirəklər kimidirlər…|63|4}}. | * Ağac imanda münafiqlik kimi anlanıla bilər, çünki Allah buyurmuşdur: {{ЦК|…Halbuki, onlar (münafiqlər) (divara )söykədilmiş dirəklər kimidirlər…|63|4}}. | ||
* Qarğa kafiri (fasik) təcəssüm etdirir, çünki Peyğəmbər {{сас}} onu belə adlandırmışdır. | * Qarğa kafiri (fasik) təcəssüm etdirir, çünki Peyğəmbər {{сас}} onu belə adlandırmışdır. | ||
* Peyğəmbərin {{сас}} "Qadın qabırğadan yaradılmışdır" kəlməsinə və onun öz sahabəsinə dediyi: "Ey bəlalı Əncəşə! Büllurlarla (yəni qadınlarla) yavaş ol" kəlməsinə istinadən, qabırğa və şüşə məmulatları qadınları simvolizə edir. <ref name="Бухари" /><ref name="Муслим" />. | * Peyğəmbərin {{сас}} "Qadın qabırğadan yaradılmışdır" kəlməsinə və onun öz sahabəsinə dediyi: "Ey bəlalı Əncəşə! Büllurlarla (yəni qadınlarla) yavaş ol" kəlməsinə istinadən, qabırğa və şüşə məmulatları qadınları simvolizə edir. <ref name="Бухари" /><ref name="Муслим" />. | ||
* Köynək, Peyğəmbərin {{сас}} sözlərinə görə, imanı, dini simvollizə edir: "Mən yuxumda köynək geyinmiş insanların önümə gəldiyini gördüm ki, bəzilərinin köynəyinin uzunluğu sinələrinə, digərlərininki isə ondan aşağıya çatırdı. Sonra önümə Ömər ibn əl-Xəttab gəldi, köynəyini arxasınca sürüyürdü". Sahabələr soruşdular: "Bu nə deməkdir, ey Allahın Elçisi?". O, onlara cavab verdi: "İman". | * Köynək, Peyğəmbərin {{сас}} sözlərinə görə, imanı, dini simvollizə edir: "Mən yuxumda köynək geyinmiş insanların önümə gəldiyini gördüm ki, bəzilərinin köynəyinin uzunluğu sinələrinə, digərlərininki isə ondan aşağıya çatırdı. Sonra önümə Ömər ibn əl-Xəttab gəldi, köynəyini arxasınca sürüyürdü". Sahabələr soruşdular: "Bu nə deməkdir, ey Allahın Elçisi?". O, onlara cavab verdi: "İman". | ||
| Строка 108: | Строка 105: | ||
Ən düzgün yuxu səhər duasının (sahur) vaxtına az qalmış görülən yuxudur, çünki bu vaxt mərhəmət və bağışlanma çox yaxın olur, şeytanlar isə sakitləşir. Yanlış yuxular əksinə, ala-qaranlıq vaxtı, şeytanlar və şər ruhlar çoxalan zaman olur <ref>{{китаб|Ибн аль-Каййим аль-Джавзиййа|Мадаридж ас-саликин|1/50-52}}</ref>. | Ən düzgün yuxu səhər duasının (sahur) vaxtına az qalmış görülən yuxudur, çünki bu vaxt mərhəmət və bağışlanma çox yaxın olur, şeytanlar isə sakitləşir. Yanlış yuxular əksinə, ala-qaranlıq vaxtı, şeytanlar və şər ruhlar çoxalan zaman olur <ref>{{китаб|Ибн аль-Каййим аль-Джавзиййа|Мадаридж ас-саликин|1/50-52}}</ref>. | ||
== | == Əslində yuxusunda görmədikləri haqda danışan kəsin hökmü == | ||
* | * İbn Abbasın {{ра}} sözlərinə istinadən xəbər verilir ki, Peyğəmbər {{сас}} belə demişdir: “Əxirətdə, əslində yuxusunda görmədikləri haqda danışan kəsin üzərinə iki arpa dənini düyünləmək vəzifəsi qoyulacaq ki, o kəs bunu heç vaxt edə bilməyəcək; Qiyamət Günü insanların danışıqlarına gizlicə, onlar bunu istəmədən (və ya bundan qaçdığı halda) qulaq asmış kəsin qulağına əridilmiş qurğuşun tökəcəklər, təsvirlər yaratmış kəsi isə bu təsvirlərə nəfəs vermək məcburiyyəti ilə əzablara məruz qoyacaqlar ki, (o, bunu heç vaxt edə bilməyəcək)". | ||
* | |||
* İbn Ömərin sözlərinə istinadən xəbər verirlər ki, Allahın Elçisi {{сас}} belə demişdir: "Həqiqətən, yalanın (ən pis növlərinə) (insanın) əslində yuxusunda görmədiklərini görmüş kimi (söylədikləri aiddir)" <ref>{{аль-Бухари|№=[http://www.islamnews.ru/hadith/?cat=36791 2089—2090]}}</ref>. | |||
== Xoş yuxu görmüş kəs üçün arzuolunan hərəkətlər == | |||
Yuxarıda göstərilən peyğəmbər deyimlərini nəzərə alaraq qeyd etmək olar ki, yaxşı yuxu görmüş kəs üçün 4 işi icra etməsi arzuolunandır: | |||
* Bu yuxu üçün Uca Allaha şükr etməsi; | |||
* Sevinməyi və yaxşılıq gözləməsi; | |||
* Yuxunu sevdiyi və yaxşılıq arzuladığı kəsə danışması və heç bir vəclə onu sevməyən və ona pislik arzulayan kəsə danışmaması; | |||
* Yuxunu düzgün və yaxşı yozması, çünki yuxunu necə yozarlarsa, o, elə də gerçəkləşər<ref name="Пути" />. | |||
== Xoşagəlməz yuxu görmüş kəs üçün arzuolunan hərəkətlər == | |||
Xoşagəlməz yuxu görmüş kəs üçün yeddi əmələ riayət etməsi arzuolunandır; əgər o, onları icra edərsə, o zaman Uca Allahın hökmü ilə bu yuxu ona ziyan gətirməz: | |||
* onu bu yuxuda gördüyü şərdən qorumasını Allahdan diləməsi; | |||
* onu şeytandan qorumasını Allahdan üç dəfə diləməsi; | |||
* sol tərəfə üç dəfə tüpürməsi; | |||
* vəziyyətini dəyişməsi, məsələn, sol böyürdən sağa çevrilməsi; | |||
* namaz qılması; | |||
* yuxunu heç kəsə danışmaması; | |||
* yuxunu özü üçün yozmaması<ref name="Пути" />. | |||
== Xoş yuxu görməyi və xoşagəlməz yuxu görməməyi arzu edən kəsin diləyi == | |||
Urva ibn əz-Zübeyr {{ра}} söyləyirdi: “Aişə {{рау}} yatmağa hazırlaşan zaman deyirdi: „Ay Allah, həqiqətən, mən Səndən xoş yuxu diləyirəm, həqiqi olsun, yalançı olmasın, xeyir gətirən olsun, ziyan verən olmasın | |||
== | {{ar|اللَّهُمَّ إِنِي أَسْأَلُكَ رُؤْياَ صَالِحَة صَادِقَة غَيْرَ كَاذِبَة نَافِعَة غَيْرَ ضَارَّة}};)“{{Ссылка|url=http://fatwa.islamweb.net/fatwa/index.php?page=showfatwa&Option=FatwaId&Id=19142|title=أثر عائشة في إذا أرادت النوم بسؤالها الرؤيا|site=IslamWeb.net|info=fatwa.islamweb.net|дата=18.11.2016|язык=ar}}{{Ссылка|url=http://www.almeshkat.net/vb/showthread.php?t=32145|title | ||
=أذكار ما قبل النوم(للجوالات)(لا تنسى إضافة برنامج الورد الى جوالك)|site=AlMeshkat.net|info=almeshkat.net|дата=18.11.2016|язык=ar}}. O, bu sözləri deyəndə, insanlar bilirdilər ki, səhər açılmayınca yaxud o, gecə oyanmayınca, daha danışmayacaq{{Ссылка|url=http://islamport.com/d/1/akh/1/27/241.html|title=باب ما يقال عند الصباح وعند المساء|site=IslamPort.com|info=islamport.com|дата=18.11.2016|язык=ar}}<ref>{{китаб|Ибн Хаджар аль-Аскаляни|Натаидж аль-афкар|204}}</ref>. | |||
{{Литература}} | {{Литература}} | ||
Текущая версия от 06:01, 12 февраля 2018
Yuxu görüntüsü, yuxu (ər. اَلرُّؤْيَا — ər-röya) — yuxuda görülənlərdir; yuxu zamanı baş verən bir sıra fikirlər, obrazlar və ya emosiyalar.
Quranda
Quranda yuxu görüntülərini işarələmək üçün dörd müxtəlif ifadə istifadə olunur:
• röya ((رُؤْيا)) Quranda altı dəfə işlənir; [1];
• mənəm (مَنَام) dörd dəfə rast gəlir, iki dəfə "yuxu" mənasında [2] və iki dəfə "yuxu görüntüsü" mənasında [3];
• buşra (بُشْرَى), "xoş xəbərlər" deməkdir, bir halda "yuxu görüntüsü" kimi izah edilir [4]. Bütün bu üç söz yaxşı yuxuları ifadə edir.
• Quranda pis yuxuları işarələmək üçün xülm (حُلْم) sözü istifadə olunur. Bu sözə iki dəfə rast gəlinir və hər iki dəfə “adqasu ahləm” (أَضْغَاثُ أَحْلَام) söz birləşməsində, "əlaqəsiz, qarışıq yuxular" anlamına gəlir [5]. Bu on qeyddən dördü Yusif (İosif) peyğəmbərlə
bağlıdır [6]; ikisi - İbrahim (Avraam)
peyğəmbərlə [7]; qalan istinadlar İslamın əsaslarıyla bağlı məsələlərə aiddir [8].
• İslamda həmçinin “röya sadiqə” termini mövcuddur — həqiqi ( və ya qabağı görən), Quranda deyildiyi kimi, ilahi vəhylərin nazil olmağa başlamasını qabaqcadan xəbər verən peyğəmbərlər yuxusu deməkdir:
Allah Öz Elçisinin həqiqət kimi gördüyü yuxusunu gerçəyə çevirdi [48:27]
.
Sünnədə
Peyğəmbərin arvadı Aişədən (да будет доволен ею Аллах) gəlir ki, İlahi vəhy xoş yuxulardan başlandı və belə olmamışdır ki, Peyğəmbər yuxu görsün, o isə sonra sübh şəfəqi kimi həqiqət olmasın [9][10].
Peyğəmbər ﷺ həqiqi yuxuları Allahın Öz qullarına yolladığı xoş xəbər kimi xarakterizə etmişdi. Hədisdə deyilir: "Möminin yuxusu peyğəmbərliyin qırx altı hissəsindən biridir" [11][12]. Bəzi alimlər demişdir ki, peyğəmbərliyin müddəti 23 il davam etmişdi, onun birinci yarımili ərzində (yəni 1/46) vəhylər Peyğəmbərin ﷺ yuxuda gördüyü yuxu görüntüləri vasitəsilə gəlirdi. Başqa hədisdə deyilir: "həqiqi yuxu Allahdandır"[13].
O ki qaldı xoşagəlməz yuxulara, Peyğəmbərin ﷺ sözlərinə görə, onlar şeytandandır . Peyğəmbər ﷺ demişdi: "Pis yuxu [əl-xülm] şeytandandır"[13][14]. Peyğəmbərin ﷺ sözlərinə əsasən, Qiyamət gününə yaxın müsəlmanın az qala bütün yuxuları gerçək olacaq [15]. Bu peyğəmbərlik və onun təsiri dövrünün uzaqlığı ilə izah olunur. Şad xəbər gətirən və ya dində səbrə və mətinliyə çağıran yuxular möminlər üçün qismən kompensasiya olacaq. Sahabələrin dövründən sonra baş verən möcüzəli hadisələr (kəramət) də imanın möhkəmləndirilməsində eyni əhəmiyyətə malikdir. Sahabələr kəramətə və həqiqi yuxulara ehtiyac duymurdu, çünki onlar dərin inama malik idilər, onlardan sonra yaşayanların isə inamı daha zəif idi [16].
Yuxuların kateqoriyaları
Peyğəmbər ﷺ demişdir: "Yuxu görüntüsü üç cür olur: Allahdan gələn yuxu görüntüsü, insanı məyus etmək məqsədilə şeytandan gələn yuxu görüntüsü və insanın ayıq vaxtı düşündüyünün sonra yuxuda görməsi ilə bağlı olan yuxu görüntüsü" [17][18]. Bu hədis əsasında müsəlman alimləri yuxu görüntülərini növbəti kateqoriyalara bölür:
- rəhmani — ilahi yuxu. Bu növ yuxu görüntülərini həqiqi adlandırırlar. Belə yuxular mələklər vasitəsilə Allahdan gələn əsl təlqinlərdir. Peyğəmbər ﷺ onlara mübəşşirat ("xoş xəbər gətirənlər") adını vermişdir. O demişdir ki, hərçənd peyğəmbərlərin gəlişi başa çatmış, ancaq mübəşşirat, yəni müsəlmanların həqiqi yuxuları qalmışdır [19][20]. Bu yuxular insanlar üçün yol göstərən olacaq və onların yolunu işıqlandıracaq.
- şeytani — şeytan yuxusu. Bu şeytan tərəfindən qorxutma, yalan və həvəsoyatma nəticəsində yaranmış yalançı yuxulardır. Onlar insanları pislik eləməyə itələyirlər. Belə yuxuları başqalarına danışmaq və yozmaq tövsiyə edilmir.
- nəfsani — bizim qəlbimizin tünd tərəfinin (nəfs) törəməsi olan yuxudur. Belə yuxular gündəlik qayğılar, ehtiraslar və boş xəyallar təsiri altında, həmçinin insanın yuxu zamanı məruz qaldığı xarici təsirlərin nəticəsində yaranır. [21][16]
İmam İbn Həcər əl-Asqaləni demişdir ki, bütün yuxular iki növə bölüşür:
- röya sadiqə — peyğəmbərlərə və möminlər sırasından onların yolunu gedənlərə xas olan həqiqi yuxulardır. Bəzən belə yuxuları başqa insanlar görə bilər (məsələn, imansız çarın gördüyü və Yusif peyğəmbərin
) ona yozduğu həqiqi yuxu). Yuxuda görülmüşlərə uyğun olaraq gerçəkləşən yuxu görüntüləri həqiqi adlanır. Ən yaxşı dini yuxulardan biri möminin yuxuda Məhəmmədi peyğəmbəri ﷺ görməsidir. Hədisdə deyilir: "Kim yuxuda məni görmüşsə, o kəs həqiqətən məni görmüşdür, şeytan mənim cildimdə görünə bilməz". Başqa deyimdə sahabə Əbu Hüreyrə deyir: "Mən eşitdim ki, Peyğəmbər ﷺ dedi: „Yuxuda məni görən kəs gerçəkdə də görəcək, şeytan isə mənim görünüşümü ala bilməz” [22].
- adqas — heç bir mənası olmayan yuxulardır. Belə yuxular bir neçə növə bölünür:
- şeytanın insanı kədərə qərq etmək məqsədi olan qəddar oyunudur. Məsələn, insan yuxuda görür ki, onun boynunu vururlar və o, onun arxasınca yollanır. Və ya onu elə bir qorxu bürüyür ki, heç kəs onu bu qorxudan qurtara bilmir və buna bənzər digər yuxular.
- guya mələklərin insana qadağan edilmiş və ya onun kimi sağlam düşüncəyə zidd olan iş tutmağı əmr etməsi.
- insanın ayıq vaxtı haqqında düşündüyü və ya arzu etdiyi şeyləri yuxusunda görməsi. Və ya onun adətən ayıq vaxtı yaşadığı hadisələrin yuxusuna girməsi, və ya onun daha çox olduğu əhval-ruhiyyəsinə uyğun yuxu görməsi. Yuxular çox vaxt gələcəyə, bir çox hallarda — indiki zamana və nadir hallarda keçmişə toxunur [23][16].
Möminin yuxu görüntülərinə münasibəti haqqında hədislər
- İmamı əl-Buxari Əbu Səid əl-Xudridən (да будет доволен им Аллах) hədis gətirir ki, o, Peyğəmbərin ﷺ bunları dediyini eşitmiş olub: "Əgər sizdən kimsə xoş yuxu görərsə, o zaman, o, həqiqətən, Allahdan gəlir, və qoy o, ona görə Allaha şükür eləsin və onu dostlarına danışsın. Əgər kimsə xoş olmayan yuxu görərsə, o zaman o, şeytandan gəlir, və qoy o, Allahdan onu bu yuxunun şərindən qorumasını diləsin və onu heç kəsə danışmasın, və o zaman o, ona heç bir ziyan gətirməyəcək".
- Ət-Tirmizi və başqaları Əbu Hüreyrədən (да будет доволен им Аллах) hədis gətirir ki, o, Peyğəmbərin ﷺ dediyini çatdırır: "Əgər sizdən kimsə yaxşı yuxu görərsə, qoy onu yozsun və danışsın. Əgər pis yuxu görərsə, qoy onun yozumunu aramasın və onu danışmasın".
- İmamlar əl-Buxari və Müslüm Əbu Səlamdan (да будет доволен им Аллах) hədis gətirirlər ki, orada o deyir: "Mən yuxular görürdüm ki, onlar həmişə mənim xəstələnməyimə səbəb olurdu, ta o vaxtadək ki, mən Peyğəmbərin ﷺ sözlərini eşitdim: Yaxşı yuxu Allahdandır və əgər sizdən kimsə xoş yuxu görərsə, qoy onu özü sevdiyi və danışmaq istədiyi kəslərdən başqa heç kəsə danışmasın. Əgər xoşagəlməz yuxu görərsə, qoy Allahdan onu bu yuxunun şərindən və şeytanın şərindən qorumasını diləsin, 3 dəfə sola tüpürsün və heç kəsə onu danışmasın, çünki yalnız o zaman o, ona ziyan gətirməyəcək. Müslümdən gələn hədisdə isə deyilir: ... və əgər o, yaxşı yuxu görərsə, qoy ona sevinsin və onu sevdiyi insandan başqa heç kəsə danışmasın.
- Müslüm Cabirdən (да будет доволен им Аллах) hədis gətirir ki, orada Peyğəmbər ﷺ deyir: Əgər sizdən kimsə xoşuna gəlməyən yuxu görərsə, qoy 3 dəfə sola tüpürsün və Allahdan onu şeytandan qorumasını diləsin və sonra bir böyürdən o birinə çevrilsin.
- Müslüm həmçinin Əbu Hüreyrədən (да будет доволен им Аллах) hədis gətirir: " Əgər sizdən kimsə ona xoş olmayan yuxu görərsə, qoy qalxsın, dəstəmaz alsın, dua eləsin (namaz qılsın) və onu heç kəsə danışmasın". [24].
Yuxular haqqında İslamın fikri
Müsəlman alimləri o fikirdə yekdildirlər ki, peyğəmbərlərin yuxuları vəhydir, çünki onlar şeytandan müdafiəlidir. Bu səbəbdən də İbrahim peyğəmbər
oğlu İsmayılı (İzmaıl)
qurban gətirməsi zəruriliyi haqqında Allahın əmrini yuxusunda görüb yerinə yetirmək istəyirdi. O ki qaldı adi insanların yuxularına, onlara aydın vəhylər prizmasından baxmaq lazımdır, əgər onlara uyğun olarlarsa, əks halda onlara diqqət yetirmək olmaz. Bu çox ciddi məsələdir ki, onun haqqında bir çox kafirlər yanılırlar [16].
Bir dəfə imam Malikdən soruşurlar: Yuxuları hər kəs yozur?" O cavab verir: "Peyğəmbərliyə aid olanlarla oynayarlarmı?! Başı çıxan kəsdən başqa heç kim yuxu yozmur. Əgər insan xoş bir şey görmüşsə, qoy o barədə danışsın, əgər onun xoşuna gəlməyən şeylər görmüşsə, qoy yaxşı şeylər danışsın və ya sussun".[25].
İbn əl-Qəyyim demişdir: "Yuxuların yozumu və fatvaların verilməsi - qardaşdırlar. Müfti, yuxu yozucusu və həkim bunda eynidirlər, onlar insanların sirlərindən xəbərdardırlar ki, başqalarına bu imkan verilməmişdir. Buna görə də onlar açılmalı olmayanları gizlətməlidir". Daha sonra, yozucular yuxu yozarkən heç vaxt nəticə çıxarmağa tələsməməlidirlər. Onlar bunun və, nəticə olaraq, buna həvəs oyatmağın və bununla lovğalanmağın təhlükəli olduğunu nəzərə almalıdır. Onlar həmçinin nəzərə almalıdır ki, onların vəziyyəti müftilərin və alimlərin vəziyyətindən daha kritikdir. İbn Əbd əl-Bərr xəbər verir ki, Hişəm ibn Həssən bildirmişdir: "İbn Sirindən yüzlərlə yuxu haqqında soruşurdular, o isə heç nə yozmadan əvvəl deyirdi: „Öz ayıqlığınızda qorxun Allahdan, çünki yuxuda gördüyünüzdən sizə heç vaxt zərər gəlməz". Yuxu yozduğu zaman isə o deyirdi: Mən yalnız fərziyyələrlə yozuram, fərziyyələr isə doğru da ola bilər, yanlış da". Əgər bu, dövrünün və daha sonrakı nəsillərin yuxu yozucularının liderinin fikridirsə, o яфьфт ondan sonra gələnlərdən nə dеmək olar. Hal-hazırda erkən İslam aliminin minlərlə topladığı yuxuyozmalar üzrə ən nüfuzlu kitabı "İbn Sirinin yuxuların təfsiri" adı altında məlumdur. Ancaq, bəzi mənbələrə əsasən, tədqiqatçılardan bir çoxu şübhələnirlər ki, "Yuxuların təfsiri" kitabı İbn Sirinə məxsusdur [26]. Buna görə də bu kitabın bu böyük alimin qələminə məxsus olmasında əminlik yoxdur [16].
Qeyd etmək lazımdır ki, bizim dövrdə onun şahidi oluruq ki, bəzi insanlar yuxuyozmanı gəlirli peşəyə çevirir və yuxuları necə gəldi yozmaqla insanları yanıldırlar. Belə insanlara etibar etmək və yuxularınızın onlar tərəfdən necə yozulduğuna inanmaq olmaz. Həmçinin qeyd etmək vacibdir ki, peyğəmbərlərin yuxularından və onların yozmalarından başqa heç bir yuxu və yozmalar dəqiq biliklər vermir. Bu səbəbdən də yuxulara əsaslanaraq, yanlış dini qərarlar qəbul etmək və ya ləğv etmək, həmçinin onlara uyğun olaraq öz həyatını yönəltmək düzgün olmaz. Yuxunun özü kimi, onun yozumu da yalnız o yuxunu görmüş insana aiddir. Ona görə də bu yozum əsasında başqa insanların hər hansı qərarı verməyi qəbuledilməzdir. İmam Əş-Şatıbi demişdir: "Yuxuların bəxş etdiyi sevincdən və ya etdiyi xəbərdarlıqdan başqa bir faydası yoxdur. O ki qaldı onlardan nəticə olaraq hər hansı şəriət qanunlarının çıxarılmasına, belə etmək olmaz"[27].
Peyğəmbərlərin və sahabələrin yuxu yozmaları
Yuxarıda deyildiyi kimi, peyğəmbərlərin yuxuları Allahdan gələn vəhydir. Məsələn, Quranda İbrahim peyğəmbərin
əhvalatından bəhs olunur ki, o, yuxusunda öz oğulunu qurban gətirdiyini görür. Quranda bəhs olunan Yusif peyğəmbərin
əhvalatı da bəllidir. O, yuxusunda səcdə (sücüd) edən Günəşi, Ayı və on bir ulduzu görür. Bir müddətdən sonra bu yuxunun yozumu bəlli olur: onun valideynləri və qardaşları salamlaşma əlaməti olaraq ona səcdə edirlər. Bu barədə Yusif surəsində deyilir ki, Yusif peyğəmbər
söyləmişdir:
Bu, çoxdankı yuxumun yozumudur. Rəbbim onu gerçəkləşdirdi. [12:100]
..
Məlumdur ki, Məhəmməd peyğəmbər ﷺ özünün və sahabələrinin bəzi yuxularını yozurdu. Belə ki, əl-Buxari ﷺ xəbər verir ki, Peyğəmbər ﷺ demişdir: "Bir dəfə yuxuda mənə süd dolu qab gətirdilər. Mən ondan maye dırnaqlarımın altından töküldüyünü görənədək içdim. Sonra qalanını Ömərə verdim". Peyğəmbərdən ﷺ soruşdular: "Ey Allahın Elçisi! Bu yuxunun yozumu nədir?" O, cavab verdi: "Bu, bilik deməkdir". Həmçinin imam əl-Buxari Peyğəmbərin ﷺ onun sahabəsi Abdullah ibn Salamın yuxusunu yozması haqqında olan hədisi çatdırır. [28]. İbn Ömər bildirilir ki, Peyğəmbər ﷺ demişdir: "Mən yuxuda gördüm ki, dağınıq saçlı qara qadın Mədinədən çıxıb Məhyə kəndində dayandı, və bu yuxunu elə yozdum ki, əvvəl Mədinədə gəzən taun epidemiyası oraya keçib". [29] İbn Abbas və Əbu Hüreyrə bildirirlər ki, bir adam Peyğəmbərin ﷺ yanına gəlir və onun yuxusunu yozmağını xahiş edir. Əbu Bəkr Peyğəmbərin ﷺ icazəsilə bu adamın yuxusunu yozur və sonra deyir: " İndi isə, ey Allahın Elçisi, atam sənə qurban olsun, mənə de görüm, mən düz dedim yoxsa səhv?". Peyğəmbər ﷺ deyir: "Nədəsə sən haqlı idin, nədəsə səhv etdin". Əbu Bəkr söyləyir: "Allaha and olsun, sən mənə səhvimi deməlisən!" — Peyğəmbər ﷺ buna cavab verir: "And içmə". [30][31].
Yuxuyozma metodları
•İmam Əl-Bəqavi demişdir: "Yuxuyozma kateqoriyalara bölünür. Yuxular Quran və sünnə nəzərincə və ya insanlar arasında məlum olan atalar sözlərinə əsasən, həmçinin adlarla, metaforalarla və əksmənalı anlayışlarla yozula blər" [32]. Aşağıda bəzi nümunələr gətirilmişdir [16]:
- Yuxuların Quran nəzərincə yozulması
- İp ittifaqı bildirir, çünki Allah buyurmuşdur:
Hamınız Allahın ipindən möhkəm yapışın [3:103]
. - Gəmi qurtuluş kimi yozulmalıdır, çünki Uca Allah buyurmuşdur:
…Biz onu və gəmidə olanları xilas edib bu möcüzə ilə aləmlərə ibrət dərsi verdik.… [29:15]
. - Ağac imanda münafiqlik kimi anlanıla bilər, çünki Allah buyurmuşdur:
…Halbuki, onlar (münafiqlər) (divara )söykədilmiş dirəklər kimidirlər… [63:4]
.
- Qarğa kafiri (fasik) təcəssüm etdirir, çünki Peyğəmbər ﷺ onu belə adlandırmışdır.
- Peyğəmbərin ﷺ "Qadın qabırğadan yaradılmışdır" kəlməsinə və onun öz sahabəsinə dediyi: "Ey bəlalı Əncəşə! Büllurlarla (yəni qadınlarla) yavaş ol" kəlməsinə istinadən, qabırğa və şüşə məmulatları qadınları simvolizə edir. [19][20].
- Köynək, Peyğəmbərin ﷺ sözlərinə görə, imanı, dini simvollizə edir: "Mən yuxumda köynək geyinmiş insanların önümə gəldiyini gördüm ki, bəzilərinin köynəyinin uzunluğu sinələrinə, digərlərininki isə ondan aşağıya çatırdı. Sonra önümə Ömər ibn əl-Xəttab gəldi, köynəyini arxasınca sürüyürdü". Sahabələr soruşdular: "Bu nə deməkdir, ey Allahın Elçisi?". O, onlara cavab verdi: "İman".
- Yuxuların atalar sözlərinə əsasən yozulması
- Quyu qazmaq hiyləgərliyi bildirir, necə ki, deyirlər: "Özgəyə quyu qazan özü düşər".
- Yuxuların adların köməyilə yozulması
- Əgər insan yuxusunda Rəşid ("ağıllı") adlı bir kəsi görürsə, bu ehtiyatlı və haqlı olmaq kimi yozulur.
- Əgər onun adı Səlim ("təhlükəsiz", "müvəffəqiyyətli") olarsa, bu onun təhlükəsizliyi və əmin-amanlığı kimi yozular.
- Yuxuların əksmənalı anlayışlarla yozulması
- Qorxu təhlükəsizliyi bildirir, çünki Allah buyurmuşdur:
və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir [24:55]
.
Bu haqda daha ətraflı bu mövzuya həsr olunmuş xüsusi mənbələrdən öyrənmək olar.[33].
Həqiqi yuxuların seyr edilməsinə imkan yaradan amillər
Səmimi mömin həqiqi yuxu görmək imkanına layiq görülə bilər. Hədisdə deyilir: "Yuxunun düzgünlüyü onu görən kəsin düzgünlüyü ilə bağlıdır və ən düzgün yuxu ən düzgün insanlar görür" [34]. Müsəlman mənbələrinə əsasən, kim yuxularının düzgün olmasını arzulayırsa, o ancaq həqiqəti danışmalıdır, yalnız icazə verilmiş qida ilə qidalanmalıdır, şəriətin hökmlərinə əməl etməlidir və Allahın və Onun Elçisinin qadağan etdiklərindən özünü qorumalıdır. Həmçinin o, tam dəstəmaz almış vəziyyətdə, qibləyə doğru yön alıb yuxuya keçincə Allahı düşünərək yuxuya keçməlidir. Belə möminlərin yuxuları, demək olar ki, həmişə gerçəkləşir.
Ən düzgün yuxu səhər duasının (sahur) vaxtına az qalmış görülən yuxudur, çünki bu vaxt mərhəmət və bağışlanma çox yaxın olur, şeytanlar isə sakitləşir. Yanlış yuxular əksinə, ala-qaranlıq vaxtı, şeytanlar və şər ruhlar çoxalan zaman olur [35].
Əslində yuxusunda görmədikləri haqda danışan kəsin hökmü
- İbn Abbasın (да будет доволен им Аллах) sözlərinə istinadən xəbər verilir ki, Peyğəmbər ﷺ belə demişdir: “Əxirətdə, əslində yuxusunda görmədikləri haqda danışan kəsin üzərinə iki arpa dənini düyünləmək vəzifəsi qoyulacaq ki, o kəs bunu heç vaxt edə bilməyəcək; Qiyamət Günü insanların danışıqlarına gizlicə, onlar bunu istəmədən (və ya bundan qaçdığı halda) qulaq asmış kəsin qulağına əridilmiş qurğuşun tökəcəklər, təsvirlər yaratmış kəsi isə bu təsvirlərə nəfəs vermək məcburiyyəti ilə əzablara məruz qoyacaqlar ki, (o, bunu heç vaxt edə bilməyəcək)".
- İbn Ömərin sözlərinə istinadən xəbər verirlər ki, Allahın Elçisi ﷺ belə demişdir: "Həqiqətən, yalanın (ən pis növlərinə) (insanın) əslində yuxusunda görmədiklərini görmüş kimi (söylədikləri aiddir)" [36].
Xoş yuxu görmüş kəs üçün arzuolunan hərəkətlər
Yuxarıda göstərilən peyğəmbər deyimlərini nəzərə alaraq qeyd etmək olar ki, yaxşı yuxu görmüş kəs üçün 4 işi icra etməsi arzuolunandır:
- Bu yuxu üçün Uca Allaha şükr etməsi;
- Sevinməyi və yaxşılıq gözləməsi;
- Yuxunu sevdiyi və yaxşılıq arzuladığı kəsə danışması və heç bir vəclə onu sevməyən və ona pislik arzulayan kəsə danışmaması;
- Yuxunu düzgün və yaxşı yozması, çünki yuxunu necə yozarlarsa, o, elə də gerçəkləşər[33].
Xoşagəlməz yuxu görmüş kəs üçün arzuolunan hərəkətlər
Xoşagəlməz yuxu görmüş kəs üçün yeddi əmələ riayət etməsi arzuolunandır; əgər o, onları icra edərsə, o zaman Uca Allahın hökmü ilə bu yuxu ona ziyan gətirməz:
- onu bu yuxuda gördüyü şərdən qorumasını Allahdan diləməsi;
- onu şeytandan qorumasını Allahdan üç dəfə diləməsi;
- sol tərəfə üç dəfə tüpürməsi;
- vəziyyətini dəyişməsi, məsələn, sol böyürdən sağa çevrilməsi;
- namaz qılması;
- yuxunu heç kəsə danışmaması;
- yuxunu özü üçün yozmaması[33].
Xoş yuxu görməyi və xoşagəlməz yuxu görməməyi arzu edən kəsin diləyi
Urva ibn əz-Zübeyr (да будет доволен им Аллах) söyləyirdi: “Aişə (да будет доволен ею Аллах) yatmağa hazırlaşan zaman deyirdi: „Ay Allah, həqiqətən, mən Səndən xoş yuxu diləyirəm, həqiqi olsun, yalançı olmasın, xeyir gətirən olsun, ziyan verən olmasın
اللَّهُمَّ إِنِي أَسْأَلُكَ رُؤْياَ صَالِحَة صَادِقَة غَيْرَ كَاذِبَة نَافِعَة غَيْرَ ضَارَّة;)“[37][38]. O, bu sözləri deyəndə, insanlar bilirdilər ki, səhər açılmayınca yaxud o, gecə oyanmayınca, daha danışmayacaq[39][40].
Qeydlər
- ↑ Quran, 12:5; 12:43; 12:100; 17:60; 37:105; 48:27.
- ↑ Quran, 30:23; 39:42.
- ↑ Quran, 8:43; 37:102.
- ↑ Quran, 10:64.
- ↑ Quran, 12:44; 21:5.
- ↑ Quran, 12:5; 12:43; 12:44; 12:100.
- ↑ Quran, 37:102; 37:105.
- ↑ Kinberg L., 2001.
- ↑ Шаблон:Бухари
- ↑ Муслим ас-Сахих. — № 231.
- ↑ al-Buhari as-Sahih. — № 6472.
- ↑ Муслим ас-Сахих. — № 4201.
- ↑ 13,0 13,1 al-Buhari as-Sahih. — № 3292.
- ↑ Муслим ас-Сахих. — № 2261.
- ↑ Муслим ас-Сахих. — № 2263.
- ↑ 16,0 16,1 16,2 16,3 16,4 16,5 آداب الرؤى وتفسير الأحلام // IslamQA.info. (ар.)
- ↑ al-Buhari as-Sahih. — № 6499.
- ↑ Муслим ас-Сахих. — № 4200.
- ↑ 19,0 19,1 Ошибка цитирования: Неверный тег
<ref>; для сносокБухарине указан текст - ↑ 20,0 20,1 Муслим ас-Сахих.
- ↑ 3 вида снов с точки зрения Ислама // Islam-Today.ru.
- ↑ al-Buhari as-Sahih. — № 2084.
- ↑ Ибн Хаджар аль-Аскаляни Фатх аль-Бари. — 12/352—354.
- ↑ Рамазанов, А. А что будет, если во сне увидеть … ? // As-salam.ru.
- ↑ Ибн ‘Абд аль-Барр ат-Тамхид. — 2/180.
- ↑ Толкование снов в исламе // IslamTV.ru.
- ↑ Ибрахим аш-Шатыби аль-И‘тисам. — 2/93.
- ↑ Сны и их толкования // Islam.net.ua.
- ↑ al-Buhari as-Sahih. — № 7038.
- ↑ al-Buhari as-Sahih. — № 2091.
- ↑ تفسير الرؤيا جائز // IslamWeb.net. (ар.)
- ↑ аль-Багави Шарх ас-Сунна. — 12/220.
- ↑ 33,0 33,1 33,2 Пути толкования: методы и правила // Священный-коран.рф.
- ↑ Муслим ас-Сахих. — № 4200.
- ↑ Ибн аль-Каййим аль-Джавзиййа Мадаридж ас-саликин. — 1/50-52.
- ↑ al-Buhari as-Sahih. — № 2089—2090.
- ↑ أثر عائشة في إذا أرادت النوم بسؤالها الرؤيا // IslamWeb.net. (ар.)
- ↑ أذكار ما قبل النوم(للجوالات)(لا تنسى إضافة برنامج الورد الى جوالك) // AlMeshkat.net. (ар.)
- ↑ باب ما يقال عند الصباح وعند المساء // IslamPort.com. (ар.)
- ↑ Ибн Хаджар аль-Аскаляни Натаидж аль-афкар. — 204.
Ədəbiyyat
- İstifadə edilən ədəbiyyat
- Kinberg L., Dreams and Sleep // Encyclopaedia of the Qurʾān. — Leiden : E. J. Brill, 2001. — Vol. 1 (A—D). — P. 546.
- Первоисточники
- Abū l-Layth al-Samarqandī, Tafsīr.
- Ālūsī, Rūḥ.
- Baghawī, Maʿālim.
- Ibn ʿAṭiyya, Muḥarrar.
- Kāshānī, Ṣāfī.
- Muqātil, Tafsīr.
- Qurṭubī, Jāmiʿ.
- Qushayrī, Abū l-Qāsim, al-Risāla al-Qushayriyya. — Beirut, 1987.
- Rāzī, Tafsīr.
- Shawkānī, Tafsīr.
- Suyūṭī, Durr.
- Wāḥidī, Wasīṭ.
- Дополнительная литература
- Резван, М. Е. Герменевтика сновидения в контексте общемусульманской сновидческой реальности (на примере сновидений о Коране). — Шаблон:±. — Шаблон:СПб. : МАЭ РАН, 2009. — Вып. II. — 396 с.
- Dreams and their Interpretation // Integrated Encyclopedia of the Qurʾān. — Sherwood Park: CIS. — Vol. 2 (Bea—D).
- Kinberg, Leah, Dreams // Encyclopaedia of Islam, THREE. — Leiden : E. J. Brill, 2012.
Məqalə haqqında məlumat
- Müəllif: д-р ислам. наук Гасанов, М. Ш.; E-mail: feedback@quranacademy.org.
- Biblioqrafik istinad: Yuxu [Elektron resurs] // QuranAcademy.org: Quran Akademiyası. 2016—2018 il.
- URL: http://az.quranacademy.org/encyclopedia/article/Ruya
- İlk dərc edilməsi tarixi: 28 июля 2017 il.
Ссылки: Цитаты / Просмотр (адм) / Википедия / Integrated EQ / Brill: 2-nd, THREE Мета-теги: / Google / Яндекс : |
- Страницы с ошибками в примечаниях
- Страницы с неработающими файловыми ссылками
- Статьи без ссылки на Википедию
- Статьи средней важности
- Статьи III уровня
- Статьи по алфавиту
- Непроверенные статьи:Русский язык
- Непроверенные статьи:Каноническая проверка
- Оригинальные статьи:MaxAK
- Оригинальные статьи по алфавиту
- Опубликованные статьи
- Обновлённые статьи
- Сон